Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / “Xəstə pulsuz müalicə olunanda…” – Professordan maraqlı DİAQNOZ

“Xəstə pulsuz müalicə olunanda…” – Professordan maraqlı DİAQNOZ

Səhiyyə nazirinin müavini Rahim Əliyev bildirib ki, Azərbaycanda pulsuz səhiyyə özünü doğrultmayıb:

“Pulsuz səhiyyə dövlət üçün böyük yükdür və həddindən artıq böyük problemdir. Dünyanın inkişaf etmiş ölkələrində əhali icbari tibbi sığorta ilə müalicə olunur”.

Mövzu ilə əlaqədar açıqlama verən tibb elmləri doktoru, professor Əhməd Babayev bildirib ki, xəstə pulsuz müalicə olunanda sağlamlığının qədrini bilmir:

“Ümumiyyətlə, dövlət klinikalarında, eləcə də özəl klinikalarda olan həkimlərin fərqi olmamalıdır. Yəni, onlar hər iki məkanda da xəstələrlə eyni cür davranmalı, maraqlanmalıdırlar. Həkimlərin vicdanları həmişə göstərdikləri xidmətlərə görə təmiz, rahat olmalıdır.

Düşünürəm ki, ölkədə icbari tibbi sığorta tətbiq edildikdən sonra həkimlər üçün xəstələr arasında heç bir fərq olmayacaq və onlar hamıya lazımi xidməti göstərəcəklər. Necə ki xaricdə istər dövlət, istərsə də özəl klinikaların heç bir fərqi yoxdur, bizdə də elə olmalıdır və olacaq. Çünki burada vətəndaş pul ödəməyəcək, onun əvəzinə dövlət ödəyəcək”.

Ə.Babayev qeyd edib ki, həkimin səhvini bağışlamaq olsa da, səhlənkarlığını bağışlamaq olmaz:

“Həkim bəzən səhv edərək düzgün diaqnoz qoymaya, müalicəni düzgün aparmaya bilər. Ancaq xəstələrə qarşı səhlənkarlıq etməyi qəbul etmək olmaz. Bu cür halda həkimlər qanun çərçivəsində də cəzalandırılır”. /lent.az

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …