Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Aktual / Xərçəngdən qorunmaq üçün həftədə iki dəfə sarımsaq yeyin

Xərçəngdən qorunmaq üçün həftədə iki dəfə sarımsaq yeyin

Sarımsaq insan sağlamlığı üçün vacib olan ən faydalı qidalar arasında yer alır. Amma onu da istifadə etməyin bəzi incə məqamları var ki, diqqət edilsə, faydası ikiqat artar.

Azinforum.az bununla bağlı dietoloq Şəbnəm Kandıralı Yıldırımın məsləhətlərini diqqətinizə çatdırır.

Qida zəhərlənmələrinin qarşısını alır

Elm adamları qida zəhərlənmələrində tez-tez yaşanan Campylobacter jejuni bakteriyasına qarşı antibiotiklər əvəzinə sarımsağın yüz qat daha təsirli olduğunu təyin edib.

Xərçəngin qarşısını alır

Araşdırmalar sarımsaq yeməyin döş xərçəngi riskini azaltmağa yardımçı olduğunu göstərib. Çində aparılan bir araşdırmada həftədə 2 dəfə çiy sarımsaq yeyənlərin xərçəngə tutulma riskinin yarı-yarıya azaldığı aşkarlanıb.

Bəs sarımsağı necə yemək lazımdır?

Sarımsağı əzilmiş və ya çiy olaraq yemək lazımdır. Əzildiyində hidrogen sulfid daha da aktivləşir ki, bu da qan təzyiqi səviyyəsinin normal qalmasını dəstəkləyir. Bundan başqa ürək üzərində faydalı təsirləri var.

Sarımsağı bişirməyin

Dadını seviriksə, yeməklərə qatıb bişirməkdənsə çiy yemək daha məsləhətlidir. Çünki bişirmə prosesi hidrogen sulfidin yaranmasını əngəlləyir.

Pis qoxusu səbəbindən çiy yemək istəməyənlər isə, südlə birlikdə istifadə etsələr, qoxu problemindən qurtularlar.

Həmçinin oxuyun

PUA-ları Qarabağda dayandırmaq mümkün olmadı – Fransız nəşri

Ermənilərin əlində olan Rusiya hava hücumundan müdafiə sistemləri çoxməqsədli olmalarına baxmayaraq, Qarabağda PUA-ları dayandıra bilmədi. …