Cümə , İyun 21 2019
Ana səhifə / Aktual / Xəlil Rza Ulutürkün xanımı şikayətçidir – 4 mini ödənilməyib

Xəlil Rza Ulutürkün xanımı şikayətçidir – 4 mini ödənilməyib

Mərhum xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluq edən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Növbəti prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyəcək.

Növbəti məhkəmə iclası sentyabrın 21-nə təyin edilib.

Bildirək ki, M.Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək, həyat yoldaşı Firəngiz Ulutürkə qarşı təxminən 4 min manat məbləğində dələduzluq edib. O, daha bir neçə nəfərə qarşı 100 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinir.

Firəngiz Ulutürk ona dəymiş zərərin ödənilmədiyini bildirib və şikayətçi olduğunu qeyd edib.

M.Şəmsiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Sonuncu iclasda Firəngiz Ulutürk ona dəymiş zərərin ödənilmədiyini bildirib və şikayətçi olduğunu qeyd edib.

Həmçinin oxuyun

“Əli Nağıyevin nazir təyinatı milli təhlükəsizliyimizin möhkəmlənməsinə yeni töhfələr verəcək”

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev general Əli Nağıyevin DTX, Vilayət Eyvazovun isə DİN rəhbərliyinə …