Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Aktual / Xədicə İsmayılova 500 min avro aldı…

Xədicə İsmayılova 500 min avro aldı…

Qalmaqallı jurnalist və frilanser-hüquq müdafiəçisi kimi hakimiyyətlə mübarizəyə cəlb edilmiş Xədicə İsmayılova Qərb təşkilatlarından 500 min avro qrant alıb.

Bu barədə beynəlxalq donor təşkilatlardan birinin ofisinə istinadən Avropa.info dünən məlumat yayıb.

Bu xəbərin ictimailəşməsindən sonra “feysbuk” sosial şəbəkəsində Azərbaycan liberal-demokratiyasının ögey anasının yeni şübhəli yarım milyonluq layihəsi ətrafında qızğın müzakirələr başlayıb.

Vaxtilə müxalifət lideri Əli Kərimlinin silahdaşı olmuş keçmiş məşhur siyasi dustaq Ruslan Bəşirlinin başçılıq etdiyi nəşrin məlumatına görə, həmin iri məbləğdə qrant Xədicə İsmayılovaya müxtəlif kanallarla, kiçik partiyalarla çatdırılıb. Çünki vergi orqanları ilə məhkəmə mübahisəsinə görə X.İsmayılovanın bank hesabları bağlıdır və nəticədə o, qrant pullarını birbaşa ala bilmir.

 

Sayta məlumat verən mənbə bildirib ki, qrantın verilməsində məqsəd milli, dini qruplar, seksual azlıqlar, gənclər, habelə tələbələr arasında sosioloji araşdırmalar aparmaqdır. Bu araşdırmanın nəticələrindən isə həmin sosial qruplar arasında təşkilatlanma işlərinin aparılması üçün istifadə edilməsi nəzərdə tutulub. Yəni qrant uzunmüddətli planda ölkədə müxtəlif sosial qruplar arasından və dini icmalardan narazıları aşkar edib səfərbər etmək məqsədinə hesablanıb.

Müxalif nəşrin məlumatına görə, Xədicə İsmayılova yarım milyon avroluq qrantın bölüşdürülməsini təkbaşına həyata keçirir. Yəni pulları özünə yaxın olan fəallara ötürür. Bu isə bəzi müxalifət liderləri arasında bərk qıcıq yaradıb.

Məlumata görə, onlar bu qədər böyük maliyyə tranşlarının əsas müxalifət partiyalarına deyil, siyasi mübahisəyə dolayısı ilə cəlb edilmiş fərdi şəxslərə ayrılmasından narazıdırlar və bununla bağlı Qərb ölkələrinin səfirliklərinə şikayət ediblər.

Həmçinin oxuyun

“Şəhidlərə qarşı olan bu biganəlik, cəmiyyətə qarşı biganəlik kimi qəbul olunur” – AMİP

Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanat yayıb. Bəyanatda deyilir: “Artıq bir müddətdir ki, övladlarının şəhərdən çox …