Ana səhifə / Xədicə İsmayıl ailə üzvlərilə  görüşüb

Xədicə İsmayıl ailə üzvlərilə  görüşüb

“Xədicə özünü çox yaxşı hiss eləyir, əhval-ruhiyyəsi də əla idi. Dostlarına təbriklərini çatdırdı. Dedi “mənim əhvalım yaxşıdır, onlar da yaxşı olsun”.

Martın 24-də həbsdə olan jurnalist Xədicə İsmayılın bacısı Səbinə Rəhimova və bacısı qızı onunla saxlandığı Bakı İstintaq Təcridxanasında görüşüb:

“Görüşə icazə verilməsi haqqında Xədicə dünən zəng vurub dedi. Nəhayət görüşməyimizə çox sevindik. Üzbəüz görüşmədik. Təcridxananın qaydalarına görə, Xədicə şüşənin arxasında idi, telefonla danışdıq. Dostları, radio haqqında soruşdu. Dedi ki, məktub yazmaq istəyənlər təcridxananın ünvanına yaza bilərlər, görək nə vaxt çatır”.

Bu, Xədicənin yaxınları ilə ilk görüşüdür. Bundan əvvəl ailə üzvləri görüş üçün bir neçə dəfə təcridxana rəhbərliyinə müraciət etsələr də, nəticəsi olmamışdı.

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. Əvvəlcə ona jurnalist Tural Mustafayevi «özünü öldürmə həddinə çatdırma» maddəsi ilə ittihamı irəli sürülüb. Fevralın 13-də isə ona qarşı daha 4 maddə ilə – mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə yeni ittihamlar elan edilib. Fevralın 24-də bütün ittihamlar bir icraatda birləşdirilib.

Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini sifariş sayır.

Amerikaninsesi.org

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …

Bir cavab yazın