Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Aktual / “Xəbərdən olduqca kədərləndim” – İlham Əliyev

“Xəbərdən olduqca kədərləndim” – İlham Əliyev

Prezident İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaniyə dünən Kabildə baş verən terror hücumu ilə əlaqədar başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:

“Hörmətli cənab Prezident,

Kabil şəhərində törədilmiş güclü partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu amansız terror aktı dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının vacibliyini və zəruriliyini bir daha təsdiq edir.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!”.

Qeyd edək ki, Kabildə törədilmiş partlayış nəticəsində 95 nəfərin öldüyü, 158 nəfərin yaralandığı açıqlanıb.

Həmçinin oxuyun

“Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bununla bağlı məsələ parlamentin …