Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / “WhatsApp”da təhlükəli boşluq aşkar edilib

“WhatsApp”da təhlükəli boşluq aşkar edilib

“Check Point” şirkətinin mütəxəssisləri tərəfindən aşkar edilmiş təhlükəli boşluq hakerlərə çata müdaxilə etməyə imkan verir.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, aşkar edilmiş boşluqdan müxtəlif üsullarla istifadə etmək olar.

Belə ki, həmin boşluqla çatda həmsöhbətin sözlərini dəyişdirərək başqa məna vermək, istifadəçinin adından ünsiyyəti imitasiya etmək və sairə mümkündür.

Sözügedən boşluqdan istifadə etmək üçün şifrələnmiş trafiki ələ keçirmək kifayətdir. Bu boşluq yaxın vaxtlarda aradan qaldırılmasa, istifadəçilərə böyük zərər vura bilər.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …