Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Whatsapp”da şok XƏBƏRDARLIQ: “Telefonlarınızı söndürün”

“Whatsapp”da şok XƏBƏRDARLIQ: “Telefonlarınızı söndürün”

Sosial şəbəkələrdə, xüsusilə “Whatsapp”da “Kosmik şüalar Yerə yaxın keçəcək” başlıqlı mesaj yayılıb.

Unikal.org xəbər verir ki, yayılan mesajda bunlar yazılıb:

“Bu gün saat 00:30-dan 03:30-dək telefonu, planşet və bədəndən uzaqlaşdırın. Qırğızıstan televiziyası xəbərlərdə elan etdi. Xahiş edirəm ailənizə və dostlarınıza deyin ki, bu gün saat 00:30-dan 03:30-dək planetimizdə çox yüksək radiasiya olacaq. 

Kosmik şüalar Yerə yaxın keçəcək. Buna görə xahiş edirəm cib telefonlarınızı söndürün. Cihazı bədəninizə yaxın buraxmayın, bu sizə dəhşətli zərər verə bilər. Google və NASA BBC News-a baxın. Bu mesajı sizin üçün çox əziz olan bütün insanlara göndərin!”

Kiçik araşdırmamızdan sonra məlum oldu ki, bu mesaj 4 il bundan öncə yayılıb. Dünya mətbuatında da yer alan həmin mesaj əslində dezinformasiyadan başqa bir şey deyil. 

Mütəxəssislər isə bildirir ki, elə bir təhlükə varsa, bunu Qırğızıstan TV-dən deyil, NASA-nın yaydığı proqnozlardan görə bilərik. Bununla yanaşı, ay və günəş radiasiya mənbəyi deyil. 

Ekspertlər söyləyir ki, bu cür kosmik fırtınalardan mobil telefonlar ziyan görmür. Əgər kosmik fırtınalar olsaydı, nəticədə daha çox aviasiya sektoru, kosmosdakı peyklər, rabitə, bank əməliyyatları və s. kimi sahələrdə problemlər yaranardı.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …