Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / “Whatsapp” və “Facebook”da yaş məhdudiyyəti – Artıq QADAĞAN OLUNDU – VİDEO

“Whatsapp” və “Facebook”da yaş məhdudiyyəti – Artıq QADAĞAN OLUNDU – VİDEO

ARB TV-nin “Günə doğru” verilişində “Whatsapp” və “Facebook” haqda sujet efirə gedib.

“WhatsApp” messenceri komandası mesencerdə qeydiyyat üçün tələb olunan yaş həddini qaldırılıb. Bundan sonra Avropa Birliyi ərazisində 16 yaşa qədər uşaqlar messencerdə qeydiyyatdan keçə bilməyəcəklər. Bu hələ harasıdır, “Facebook”, “İnstagram” və digər servislər son günlərdə öz istifadə qaydalarında dəyişikliklər edir. Bu Avropadadır. Bəs Azərbaycanda bu cür proqramların qadağan olunmasına ehtiyac varmı? Yoxsa elə biz özümüz bunları tənzimləyə bilirik?

Elmir Əkbər (psixoloq): “Müəyyən məhdudiyyətlər qoymasaq, uşaq hara istəsə gedib çıxa bilər. Bu, zərərli vərdişdir. Ona görə də peşəkar insanlara müraciət olunsun”.

Əlbəttə hər sahədə peşəkarlar son sözü deməlidir. Bəs sosioloq nə deyir?

Əhməd Qəşəmoğlu (sosioloq): “Xoşa gəlməyən silahdır. O vasitələrin əlavə elə təsiri olur ki, insanlarda fikr yayılır”.

Müxtəlif texnoloji proqramların Avropada qadağan olunduğu yaş həddi məktəb şagirdləridir. Bizim dövlətin rəsmi olaraq, Avropa Birliyi kimi qadağası yoxdur. Amma daxili qaydalar quran məktəblər var. Məktəbə gələn hər şagirddən smartfonlar, planşetlər yığılır ki, “Whatsapp”, “Facebook”, “İnstagram” və digər proqramlardan istifadə etmək imkanları olmasın.

Bununla da sinif nümayəndəsi hər səhər müxtəlif proqramlara daxil ola bilinəcək bütün mobil telefon və planşetləri yığır. Xüsusi qablarda müəllimlər otağına aparılır. Dərs gününün sonunda isə telefonlar şagirdlərə təhvil verilir.

Şagirdlərin müəllimi də konkret qanun olmadığına görə asan üsulla, sadəcə şagirdlərdən smartfonların yığılmasına münasibəti var.

Amma yaxşı olardı ki, məktəbdən əlavə olaraq bu qaydaları, qadağaları valideynlər, dərsdən sonra da uşaqlarına tətbiq etsinlər, onların yaxşı gələcəyi üçün.

Həmçinin oxuyun

Şuşa ətrafında əsgərlərimiz, yoldan keçən ermənilər, yüksək səslə Azərbaycan milli musiqisi…

Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla …