Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Vüsal Novruzovun “gömrükdə parça əməliyyatı” – İLGİNC TƏFƏRRÜAT

Vüsal Novruzovun “gömrükdə parça əməliyyatı” – İLGİNC TƏFƏRRÜAT

Azərbaycana gətirilən parça məmulatlarının Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun inhisarında olması haqda ilginc faktlar əldə etmişik.Savash.org-a daxil olan məlumatda vurğulanır ki, xaricdən ölkəyə gətirilən parçalar gömrükdə saxlanılır, daha sonra isə Vüsal Novruzovun qurduğu “ssenariyə” uyğun olaraq sahibkarların əlindən alınır. Bu ssenarinin olduqca maraqlı təfərrüatı var, gəlin həmin təfərrüatlarla tanış olaq.
Qeyd edək ki, Azərbaycanda fövqəladə hallar naziri Kamaləddin Heydərovun kurasiyasında olan parça zavodu fəaliyyət göstərir və daxili tələbat həmin zavodun məhsulları hesabına ödənilir. Odur ki, Azərbaycana xaricdən gətirilən istənilən parça məmultları həmin biznesə təhlükə kimi görüldüyündən sahibkarlara qarşı ağlagəlməz təzyq mexanizm düşünülüb, həyata keçirilməkdədir.
Savash.org-a daxil olan məlumatda bildirilir ki, Vüsal Novruzovun heç bir qanunla tənzimlənməyən şifahi göstərişinə əsasən hansısa iş adamı ölkəyə xaricdən 5 ton parça gətirirsə, mütləq şəkildə Heydərovların parça zavodundan da əlavə 2 ton məhsul almalıdır. Hansı iş adamı bu şərtlə razılaşırsa onunla bağlı problem çıxmır, amma şərtlə razılaşmayan iş adamları əsl cəhənnəm əzabı yaşamalı olur.
Yerli zavodun məhsulu olan parçadan almaq istəməyən iş adamının xaricdən gətizdirdiyi məhsul bir qayda olaraq, sahibkarın əlindən alınır və yığılır Sumqayıt şəhərində yerləşən anbarlara. İş bununla bitsəydi, nə vardı ki… Deməli, həmin saxlanma anbarlarında parçanın hər tonuna görə sahibkarın üzərinə cərimə yazılır. Borc yığılır, sahibkar hələ də dirəniş göstərirsə artıq oyunun pərdəsi enir və mal bütünlüklə Vüsal Novruzovun ixtiyarına keçir.
Növbəti yazımızda isə “parça əməliyyatı”nın digər ilginc detalları haqda ətraflı məlumat verməyə çalışacağıq…

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın