Şənbə , Fevral 27 2021
Ana səhifə / Aktual / Vüsal Kərimli həyat yoldaşı əlil, oğlu əsgər olan şəxsi işdən çıxarıb

Vüsal Kərimli həyat yoldaşı əlil, oğlu əsgər olan şəxsi işdən çıxarıb

İmişli sakini Ağayev Rəsul Əli oğlu Milli Məclisin deputatı Razi Nurullayevə müraciət edərək, heç bir əsas olmadan BNA-dan (Bakı Nəqliyyat Agentliyi) işdən azad olunduğunu bildirib.

Bu barədə deputatın rəhbərlik etdiyi partiyadan Mia.az-a verilən məlumata görə. həyat yoldaşının 2-ci qrup əlil, oğlu hərbi xidmətdə olduğunu, çətinliklə dolandığını bildirən İmişli sakini deputatla görüşmək istəyib:

“Vətəndaş qəbul edilib, problemi dinlənib.

Qeyd edək ki, bənzər şikayətlə bağlı İbayev Murad Əşrəf oğlu da Razi Nurullayevə müraciət edib.

Seçicilərin müraciəti ilə bağlı Deputat Razi Nurullayev BNA rəsmisi Vüsal Kərimli ilə əlaqə saxlayıb, hər iki şəxslə bağlı araşdırma aparılmasını və onların işlərinə bərpa olunmasını xahiş edib”.

Həmçinin oxuyun

Ermənilər taladıqları qızıl yataqlarına görə Azərbaycandan kompensasiya istəyirlər

Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində erməni işğalından azad etdiyi ərazilərdə yerləşən qiymətli metal yataqlarının …