Ana səhifə / Aktual / Vüsalə Mahirqızı keçmiş komandasını topladı – APA-nın kollektivi yenidən fəaliyyətə başlıayır

Vüsalə Mahirqızı keçmiş komandasını topladı – APA-nın kollektivi yenidən fəaliyyətə başlıayır

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır.
Musavat.com bildirir ki, Online News Agency (ONA) adlanacaq agentlik artıq dövlət qeydiyyatından keçib.
Bir neçə dildə fəaliyyət göstərəcək agentliyin video xidməti də olacaq. Agentliyin təsisçisi Vüsalə Mahirqızı, baş direktoru Nurşən Quliyevdir.
Qeyd edəık ki, bu barədə ilk məlumatı Mia.az saytının əməkdaşı yayıb.
Həmin məlumata görə, yeni agenetlik kiçik istisnalarla APA-nın keçmiş əməkdaşlarından formalaşdırılıb.
Məlumata görə, bağlanan APA-ya aid olan Lent.az, Vesti.az-ın fəaliyyəti də bərpa ediləcək. Artıq bu saytların da keçmiş kollektivi işə dəvət olunublar. 
Adıçəkilən saytlar martın 1-dən yayıma çıxacaqlar.
Xatırladaq ki, APA prezidentin çıxışını təhrif etdiyi üçün 2018-ci il avqustun 1-də rəhbərlik tərəfindən qapadılmışdı.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …