Şənbə , Aprel 20 2024
Ana səhifə / VÜQAR XASAYEVİN VƏLİ ƏlƏSKƏROV ŞÜVƏNLİYİ – HÜQUQİ MÜDAFİƏ, YOXSA ÇİRKLİ KAMPANİYA?

VÜQAR XASAYEVİN VƏLİ ƏlƏSKƏROV ŞÜVƏNLİYİ – HÜQUQİ MÜDAFİƏ, YOXSA ÇİRKLİ KAMPANİYA?

Son günlər Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun vəkili Vüqar Xasayevin qəribə davranışları nəzərə çarpır. Belə ki, o, müdafə etmək üçün müqavilə imzaladığı müvəkkilinin hüquqlarını qorumaqdan daha çox şou göstərməklə məşğul olur. Qeyd edək ki, uzun müddət MR-də ən mühüm postlardan birini tutan Vəli Ələskərov Cinayət Məcəlləsinin bir neçə maddəsilə ittiham edildiyi üçün, onun barəsində həbs qətimkan tədbiri seçilib.

Belə olan halda, təbiidir ki, onun hüquqlarını hansısa vəkil qorumalıdır. Azərbaycan qanunvericiliyinə görə də, təqsirləndirilən şəxs vəkilsiz mühakimə edilə bilməz. Hətta, təqsirləndirilənin vəkil tutmağa  maddi imkanı çatmadığı təqdirdə, həmin adama dövlət tərəfindən pulsuz vəkil təyin edilir. Təbii ki, Vəli Ələskərov uzun illər ona etibar edilən vəzifədən sui-istifadə edib, özünə külli miqdarda varidat toplamağı bacaranlar sinifinə aid olduğu üçün, belə maddi imkandan mərhum deyil. Elə bu səbəbdəndir ki, o öz müdafiçisi qismində ölkənin ən odioz və bahalı xidmət göstərən vəkillərindən birini görmək istəyib.

Tanıyanlar bilir ki, Vüqar Xasayev bu kateqoriyalı işə elə-belə məbləğ müqabilində çıxmaz. Bu sahədə kifatət qədər təcrübəsi olan Xasayev Vəli Ələskərovun konkret cinayət törətdiyi səbəbindən həbs edildiyinin fərqindədir. Amma bunun onun Vəli Ələskərovun müdafiəsinə niyə qoşulmasına  qətiyyən aidiyyəti ola bilməz. Çünki vəkilin ən başlıca peşəsi cinayət törədən adamı müdafiə etməkdir. Ancaq gəlin görək, Vüqar Xasayev müvəkkilinin yalnız hüquqi müdafiəsilə məşğuldurmu? Onun son davranışları və verdiyi açıqlamalar bunun tərsini söyləməyə tam əsas verir. Bizdə olan dəqiq məlumata görə, Xasayev Vəli Ələskərovun yaxınlarını inandıra bilib ki, bu həbs ətrafında mütləq ajiotaj yaradılmalıdır.

Hətta əldə etdiyimiz bilgiyə görə, məhz bu məqsədlər üçün Vəli Ələskərovun yaxınları vəkilə verilən qonorarın “dozasını” artırmalı olublar. Vüqar Xasayev də öz növbəsində hüquqi fəaliyyətə aidiyyəti olmayan, lakin öhdəlik kimi üzərinə götürdüyü missiyasını həyata keçirməklə məşğuldur. Onun bəzi KİV-lərlə bu istiqamətdə müəyyən vədlərin müqabilində gizli razılaşma əldə etdiyi də məlumdur. Təsadüfi deyil ki, daha çox Naxçıvanla bağlı daima qərəzini açıq biruzə verən müəyyən KİV-lər bu istiqamətdə Vəli Ələskərovun təbliğat ruporu missiyası ilə çıxış edirlər.

 

veli-elesgerov1
Ortaya belə bir məntiqi sual çıxır: Həmin KİV-lərin bu yöndə olan fəaliyyəti Vəli Ələskərova bəslənən sevgidən irəli gələ bilərmi? Təbii ki, yox! Bunun üçün sözügedən KİV-lərin arxivinə diqqət yetirmək kifayətdir ki, məsələdən tam hali olasan. Bəli, məhz həmin qəzet və saytlar vaxtilə Vəli Ələskərovu ən əzazil, qaniçən adam kimi cəmiyyətə təqdim edirdi. İndi nə baş verir? Bəyəm, Vəli Ələskərov etdiyi konkret cinayət əməlinə görə, həbsə düşdükdən sonra kristallaşdımı? Bu kampaniyanın məqsədi bəllidir, korporativ maraqların təmin olunması və ümumi hədəfin Naxçıvan MR rəhbərliyinə yönəldilməsi. Ancaq nəzərə çarpan budur ki, Vüqar Xasayevin dirijorluğu ilə aparılan çirkin kampaniya heç bir məntiqə sığmır və kənardan çox gülməli görünür.

Hətta vəziyyət o yerə çatıb ki, nəyin bahasına olursa-olsun, sensasiya yaratmaq xatirinə Vəli Ələskərovun vəkili şantaja belə əl atır. Onun son müsahibəsindəki bir detla fikir verək:
“Vəli Ələsgərov məhkəmə prosesində həbsinin əsl səbəblərini açıqlayacaq”.
Bəyəm, Vəli Ələskərovun həbsində hansısa gizli məqam var? Görünən budur ki, ona elan edilən rəsmi ittihamlar tam boyuna biçilib və əminliklə demək olar ki, sabiq MTN-çi ilə hələ bir qədər humanist davranılıb. İstintaq materiallarında bir detalın əks olunub-olunmadığını bilmirik, ancaq  kiçik bir  faktı dəqiq söyləyə bilərik ki, Vəli Ələskərov uzun illər nəzarətində olan ticarət obyektlərinin birinin enerji təminatını dəmiryolu üçün verilən kvota hesabına edib və bunun müqabilində heç bir ödəniş etməyib. Deyilən fakt onun etdiklərinin mində biridir. Bu cür hərəkətlər vəzifəsində sui-istifadəyə, dövlət əmlakının mənimsəməsinə dəlalət etmirmi? 

 

qa

 

Vüqar Xasayev Vəli Ələsgərovun məhkəməsinin qapalı keçirilməsinə də münasibət bildirib:

“Əslində isə orada bir sirr yoxdur. Məhkəmənin qapalı keçirilməsi proses zamanı üzə çıxacaq məlumatları ictimaiyyətdən gizlətməyə xidmət edir…”
Doğrudan da, gülməli yanaşmadır. Vəli Ələskərov ranqında olan şəxsin məhkəməsi məgər açıq keçirilməlidir?
Yaxın zamanlarda Bakıda həbs edilən sabiq MTN rəhbərlərinin də işinə məhkəmə baxışışı olacaq. Vüqar Xasayev əmindirmi ki, həmin məhkəmə açıq keçiriləcək? Təbii ki, yox! Çünki bu cür cinayət işlərinin spesifikası məhz qapalı məhkəmə prosesinin keçirilməsini tələb edir. Vüqar Xasayevin özü də etiraf edir ki, Vəli Ələskərova elan olunan itihamlar sırasında onun peşə fəaliyyətilə birbaşa bağlı olan məqamlar var. Özünü marka saydığı üçün bahalı qiymətə işlərə çıxan vəkil bunu bilirsə, onda niyə açıq məhkəmə prosesi tələb edir? Yox, açıq prosesin keçirilməsini  mümkün və məqbul sayırsa, onda onun bir hüquqşunas kimi yenidən atestasiya olunmasına ehtiyac yaranır. Hələ biz peşə etikası ilə qətiyən  üst-üstə düşməyən vəkillik fəaliyyətinə xitam verilə biləcək məqamlardan danışmırıq…

Mövzuya qayıdacayıq.

M. MİRZƏ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın