Cümə axşamı , İyul 9 2020
Ana səhifə / Aktual / “Vüqar Səfərli əyninə şalvar ala bilmirdi, indi Şamaxının icra başçısı ona donuz ovu təşkil edir”

“Vüqar Səfərli əyninə şalvar ala bilmirdi, indi Şamaxının icra başçısı ona donuz ovu təşkil edir”

“Vüqar Səfərli bizim qəzetdə – “Hürriyyət” qəzetində işləyib. Texniki işçi idi, qovduq. Kasıb, acından ölənin biri idi…”

Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

 “Qardaşım Qurban Məmmədov Vüqar Səfərliyə iş verdi. Maxinasiya ilə məşğul olduğuna görə qovduq. Sonra hansısa xətlə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru təyin edildi. Biz bu adamları çox yaxşı tanıyırıq. Təsəvvür edin, vəzifədə olanda Şamaxıya gedirdi, rayon icra hakimiyyətinin başçısı ov üçün xüsusi hazırlıq görürdü, donuzları qabağına qovalayırdılar ki, ov etsin. Bu adam oğru, dələduz olub. İcra başçısının bu adamın xidmətində dururdu, kimdi bu? Əyninə şalvar ala bilmirdi…” – S.Cəlaloğlu qeyd edib.(pravda.az)

Həmçinin oxuyun

“Rayonlarda koronavirusa yoluxanlar daha çoxdur, camaatın xəbəri yoxdur” – NARAZILIQ

Sərt karantin rejiminin yumşaldılması ilə bağlı müzakirələr səngimək bilmir. İstər mütəxəssislər, istərsə də tanınmış ictimaiyyət …