Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / Vüqar Abbasov: “Məsələ erməni diasporunun gücü deyil,Türkiyəyə təzyiq etməkdir” (VİDEO)

Vüqar Abbasov: “Məsələ erməni diasporunun gücü deyil,Türkiyəyə təzyiq etməkdir” (VİDEO)

Niderland parlamentinin “erməni soyqrımı” məsələsini qəbul edəcəyi iddiası ilə bağlı fikirləri izləyirəm.
Bu sözləri Niderlandakı “Connect” təşkilatının sədri,Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov bildirib.
“Son günlərdə bəzi “Facebook” dostlarımız “Facebook”dakı paylaşımları ilə Niderland parlamentinin “eməni soyqrımı”nı tanıyacağından narahatlıqlarını ifadə edirlər. Anlaşılandır və haqsız da deyilllər. Ancaq bunun, “erməni genosidi” məsələsinin erməni diasporunun uğuru, bizim isə uğursuzluğumuz kimi təqdim olunması ilə razı deyiləm. Aşağıda səbəblərini izah edəcəm.
Öncə onu qeyd edim ki, sözü gedən məsələ bizimlə, Azərbaycanla birbaşa bağlı deyil. Məsələ Türkiyə ilə bağlıdır. Əlbətdə ki, biz də bundan çox narahatıq, ancaq bu tamam başqa mövzunun söhbətidir. Bizi qoyaq bir kənara, Türkiyə türkləri istər Niderlandda, istərsə də Avropanın digər ölkələrində həm sayca ermənilərdən çoxdurlar, həm də digər baxımlardan ermənilərdən zəif deyillər. Demək ki, məsələ erməni diasporunun gücündə deyil, məsələ erməni diasporunun güclü göstərilərək maraqlı dövlətlərin öz maraqlarını həyata keçirtməsindədir.
Son olaylarla bağlı qısa olaraq onu qeyd edim ki, Niderlandın “Xristiyan Birliyi” (ChristenUnie) partiyası belə bir təşəbbüslə çıxış edib və bu, onların ilk təşəbbüsü deyil. Hazırkı təşəbbüsün səbəbi də hər zaman olduğu kimi Türkiyəyə təzyiq etməkdir. Çoxlarınıza məlumdur ki, ötən ilin mart ayından Niderlandla Türkiyə arasında siyasi münasibətlər gərginləşdi və ötən günlərdə son həddə çatdı; bütün diplomatik əlaqələr dayandırıldı. Belə bir durumda isə Türkiyəyə təzyiq etmənin ən asan yolu “erməni soyqrımı” məsələsidir. Mətbuat Aprel ayında Niderland hökumətindən də kimlərinsə Yeravana gedəcəyini yazır. Əgər o vaxta kimi iki ölkə arasındakı münasibətlər qaydasına düşməzsə, bu səfərin reallaşacağı qaçılmazdır və sonradan, münasibətlər düzəldən sonra isə Niderland tərəf “Bu təşəbbüs bir partiyanın təşəbbüsü idi və biz də demokratik dəyərlərə sadiq qalaraq buna qarşı bir söz deyə bilməzdik” kimi açıqlama da verə bilər. Buna oxşar durum 2004 – cü ildə də müşahidə olunub və yenə də eyni partiya tərəfindən Niderland parlamentində “erməni soyqrımı” məsələsi müzakirəyə çıxarılmışdı. Qısa olaraq onu qeyd edim ki, həmən ərəfədə Türkiyə ilə Avropa Birliyi (AB) arasında münasibətlər gərgin idi və Niderland həmən vaxt AB – nə sədrilik edirdi. Birliyin bir çox dövlətləri Türkiyənin birliyə girməsinə qarşı çıxdığından, Türkiyə tərəf AB – ni AB – yə daxil olmaq fikrindən daşınacağı ilə hədələmişdi. Bu isə öz növbəsində həmən dövrdə birliyə sədrlik edən tərəf kimi Niderlandın da marağında deyildi. Uzun danışıqlardan sonra (danışıqlara rəhbərlik edən, 2003-2007 – ci ildə Niderlandın Xarici İşlər Naziri olmuş Bernard Rudolf Bot Türkiyəni yaxşı tanıyırdı. O, 1986-1989 – cu illərdə Niderlandın Tükiyədəki səfiri olub) münasibətlər qaydasına qoyuldu. Bundan sonra isə Niderland parlamentində “erməni soyqırımı” müzakirələri bir daha olmadı və sözü gedən müzakirələrin olma səbəbini də yuxarıda qeyd etidyim kimi, “bir partiyanın təşəbbüsü” adalandırdılar. Hətta mən özüm dəfələrlə Niderland parlamentarları ilə müsahibələrimdə eyni məsələni qaldırmış və nədən Xocalı soyqırımını tanımadıqlarını soruşmuşam və cavab da yuxarıda qeyd etdiyim kimi olub. Bu barədə həm Niderland, həm də Azərbaycan mətbuatında xəbərlər (həm də müsahibələr) gedib.
Qısası, məsələ erməni diasporunun gücü deyil, məsələ Türkiyəyə təzyiq etməkdir. Sübut kimi bircə onu qeyd edim ki, əgər məsələ ermni diasporunun gücü olsa idi “erməni soyqrımı” məsələsi indi deyil, “erməni soyqrımı”nın 100 illiyində müzakirəyə çıxarılar və qəbul olunar, Niderland hökumətindən kimlərsə Yeravana gedərdi. Elə bilirəm ki, bu qədər bəsit və görünən bir məsələni başqa bir formada təqdim etməyinə dəyməz”.

Həmçinin oxuyun

İran Ermənistanın PUA-sını vurdu

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bildirilir ki, səhər …