Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / VİTSE – PREZİDENTLİK ESTAFETİ – ŞANSLAR BARƏDƏ SİYASİLƏR NƏ DÜŞÜNÜR?

VİTSE – PREZİDENTLİK ESTAFETİ – ŞANSLAR BARƏDƏ SİYASİLƏR NƏ DÜŞÜNÜR?

Bir neçə gündən sonra, ölkəmizdə referendum keçiriləcək. Konstitusiyaya təklif olunan dəyişikliklər sırasında Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması ilə bağlı müddəa da yer alır. Qanun layihəsində göstərilir ki, ölkədə yaradılması nəzərdə tutulan vitse-prezidentlik institununda 3 şəxsin yer alacağı gözlənilir. Onlardan biri – birinci vitse-prezident, digər ikisi isə – vtse-prezidentlər olacaq. Məlumdur ki, həm vəzifələrə hansı şəxsləri təsdiq etmək ölkə başçısının müstəsna səlahiyyətinə aid olan məsələdir.
Buna baxmayaraq, bəzi nüfuzlu şəxslər, millət vəkilləri, siyasi xadimlər tərəfindən KİV-lərdə bu vəzifəyə şansı olan namizədlər ətarfında müzakirələr aparılır. Həmin vəzifəyə şanslı və layiqli syılan şəxslər sırasında bir neçə tanınmış dövlət xadiminin adı çəkilir. Azinforum.az vitse-prezidentlik postuna seçilməyə şanslı kimi adları KİV-lərdə hallanan şəxslərlə bağlı respondentlər arasında sorğu keçirmək qərarına gəlib. Məlum olduğu kimi, bu istiqamətdə adı daha çox çəkilən namizədlərdən biri də, Naxçıvan Muxtar Resuplikası Ali Məclisinin sədri Vasif Talıbovdur. İlk olaraq, Vasif Talıbovun vitse-prezidet postuna təyin olunması şansları ilə bağlı bəzi KİV-lərdə yazılanlara siyasilərin münasibətini öyrəndik. Qeyd edək ki, bu xüsusda adları çəkilən digər şəxslərlə bağlı da, ekspert rəylərini təqdim edəcəyik.

 

zahid
Millət vəkili Zahid Oruc Azinforum.az-a açıqlamasında bildirdi ki, referendumdan sonra dövlət başçısı bununla bağlı müvafiq qərarlarını verəcəkdir:

“Bu, dünyanın 60-dan çox ölkəsində həyata keçirilən mexanizmlərdən biridir. Təsisat etibarilə bu, hökümətin fəaliyyətini daha çevik şəkildə təşkil etməyə, xalqdan gələn çağrışları dövlət başçısına daha operativ çatdırmağa, qərarların qəbulu prosesini sürətləndirməyə, onun icrasına nəzarətə geniş imkan verən formatdır. Konkret şəxslərə gəldikdə isə bu, prezidentin səlahiyyətində olan məsələdir. Vasif Talıbov ötən on illər ərzində Naxçıvanda dövlətinə ləyaqətlə xidmət edən bir insandır. Ulu Öndər Heydər Əliyevin kursuna sədaqətli olması ilə seçilib. İkincisi, çox da asan olmayan bölgədə kifayət qədər mürəkkəb vəzifələrin öhtəsindən gələ bilib. Ötən illər ərzində Naxçıvan qurulub, inkişaf edib, böyük bir yol keçib. Şübhəsiz, belə olan təqdirdə çox mümkündür ki, vitse-prezidentlərdən biri də hörmətli Vasif Talıbov olsun”.

 

fezail

 

Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azinforum.az-a bildirdi ki, bu, Prezidentin səlahiyyətində olan məsələdir:

“Lakin mən bununla bağlı açıqlamaların birində Naxçıvan MR üçün çox böyük işlər görən, böyük quruculuq işlərinə imza atan Vasif Talıbov haqqında müsbət fikirlərimi söylədim. Onun vitse-prezidentlərdən biri olması ehtimalını irəli sürdüm. Çünki o bu gün faktiki olaraq Naxçıvanın rəhbəridir. Lakin Azərbaycan prezidentli respublikası olduğu halda, Naxçıvan MR-in parlamentli respublika funksiyasını həyata keçirir. Bu baxımdan gələcəkdə Vasif Talıbovun vitse-prezidentlərdən biri olma ehtimalını irəli sürmüşdüm. Təbii ki, prezident məsləhət bilərsə. Qaldı ki, onun bacarığına, o , kifayət qədər özünü təstiq etmiş dövlət xadimlərindən biridir. Onun Naçıvanda və digər yerlərdə böyük nüfuzu var. Dıgər həqiqət ondan ibarətdir ki, məhz Ulu Öndər Heydər Əliyevin Naxçıvandakı idarəetmə dönəmindən sonra, Vasif Talıbov MR-də böyük nüfuz qazanmağı bacardı. Hazırda Naxçıvan sözün həqiqi mənasında Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biridir. Bu məsələdə Vasif Talıbov faktorunun böyük rolu olub. Onun ölkə Prezidentinin siyasətinə sadiqliyi, ölkə başçısı tərəfindən verilən tapşırıqların yüksək səviyyədə və peşəkarlıqla həyata keçirilməsi, bu uğurların reallaşmasında ciddi rol oynayıb. Vitse-prezidentlərin kim olması isə prezidentin səlahiyyətindədir”.

 

Ramiz-Tağıyev

Milli Azadlıq Hərəkatının tanınmış üzvlərindən olan Ramiz Tağıyev Azinforum.az-a açıqlamasında Vasif Talıbovun bu posta həqiqətən layiq olduğunu bildirdi:

“Vasif Talıbovu yaxından tanıdıgımdan, birmənalı söyləyə bilərəm ki, o, qayda-qanunu sevən, işgüzar, ilk baxışda sərt xarakterli insan təsiri bağışlasa da, həddən artıq səmimi şəxsdir. İnsanların yerli-yersiz həbs edilməsinə imkan vermir. O, sözün əsil mənasında Heydər Əliyev siyasi kursunun davamçısıdır. Sözü ilə əməli uygun gələn şəxsiyyətlərdəndi. Mənə elə gəlir ki, bütün keyfiyyətləri imkan verir ki, V.Talıbov vitse- prezident postunu tutsun”

 

qabil-huseynli021

Sabiq dövlət müşaviri, professor, tanınmış politoloq Qabil Hüseynli Azinforum.az-a bildirdi ki, ölkə başçısının səlahiyyətinə aid olan bu təyinatla bağlı konkret nəsə söyləmək çətindir:

“ Artıq KİV-lərdə bu istiqamətdə müəyyən müzakirələr aparılır. Bu təbii haldır. Layiqli namizəd kimi adı çəkilənlərdən biri də, hörmətli Vasif Talıbovdur. Mənin özümün onunla şəxsi tanışlığım var və onu çoxdan tanıyıram. Mərhum Heydər Əliyevin yaxın silahdaşı olub və uzun illərdir Naxçıvana rəhbərlik edir. Çox da yaxşı işləyir. Ötən illər ərzində Naxçıvan MR-i xeyli abadlaşdırıb və nümunəvi bir məkana çevirib. Eyni zamanda, blokadada olan Naxçıvanın erməni hücumlarından qoruması istiqamətində mühüm işlər görüb. Orada Əlahiddə Ümumqoşunun yaradılması və bütövlükdə Naxçıvan camaatının torpaqlar uğruna müdafiəsinə səfərbər edilməsində böyük rol oynayıb. Ona görə də, Vasif Talıbovu birinci vitse-prezidentliyə ən layiqli şəxslərdən sayıram” .

 

musa-musayev1

 

Sabiq millət vəkili, YAP Siyasi Şurasının üzvü Musa Musayev də, ümumən buna müsbət prizmadan yanaşdığını bildirdi:

“Əvvəla, keçiriləcək referendum günün tələbinə cavab verən bir məsələdir. Eyni zamanda, mühüm və vacib bir məsələdir. O cümlədən vitse-prezidentlik institunun yaradılması günün tələbinə cavab verən və hətta deyərdim ki, bir az da gecikdirilmiş məsələdir. Birinci vitse-prezident və vitse-prezidentliyə namizədlər cənab Prezidentimizə, dövlətimizə, millətimizə etibarlı, sədaqətli, şəxsi mənafeyi kənara qoyub dövlətin, millətin mənafeyini müdafiə edən, Ümummilli lider Heydər Əliyevlə cənabları ilə bir dövrdə işləmiş, çalışmış, onun yolunda, YAP-ın yaranmasında əziyyət çəkmiş, öz töhvəsin vermiş insanlar olmalıdır. Şəxsi qənaətimcə bir neçə nəfər bu posta layiqdir. Bunlar Vasif Talıbov, Bəylər Əyyubov, Hacıbala Abutalıbov, və Kəmaləddin Heydərovdur. Adıçəkilən şəxslər birinci vitse-prezidentliyə və vitse prezidentliyə layiq şəxslərdir. Ulu Öndər Heydər Əliyev Kremldə Siyasi Birodan uzaqlaşdırıldıqdan sonra, doğulub boya-başa çatdığı Naxçıvan şəhərinə qayıdaraq, Vasif Talıbovun evində yaşayıb-yaratdı. Orada Naxçıvan MR-in Ali Məclis sədri seçilib. Məhz həmin dönəmdə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib və xalqın tələbi ilə 1993-cü ilin iyununda yenidən hakimiyyətə gəlib. Mən, Vasif Talıbovun və onun qardaşı Məhərrəm Talıbovun 90-cı illərdən Heydər Əliyevlə birlikdə olmasının şahidi olmuşam. Bu, Vasif Talıbovun və onun ailəsinin Ümummilli Lider Heydər Əliyevə olan manasibətinin bariz nümunəsidir”.

 

fazil

 

Millət vəkili, Böyük Qurluş Partiyasının başqanı Fazil Mustafa buna bir qədər fərqli prizmadan yanaşdı: “Ümumən normal yanaşıram. Ancaq mən bu məsələdə etik cəhətdən normal saymıram. Ona görə ki, prezidentin səlahiyyətinə aid olan məsələyə qarışım və hansısa bir fikir söyləyim. Kimə ehtimad göstərərsə, kimin orda olmasını layiq bilirsə, qərarı da özü verəcək. Bu prezidentin səlahiyyətində olan məsələdir. Referendumdan sonra Prezident özü seçim edəcək”.
VİDADİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın