Ana səhifə / Aktual / VİTSE-PREZİDENTİN YAXIN DOSTU YÜKSƏK VƏZİFƏ GƏTİRİLDİ – SOCAR-da daha bir təyinat

VİTSE-PREZİDENTİN YAXIN DOSTU YÜKSƏK VƏZİFƏ GƏTİRİLDİ – SOCAR-da daha bir təyinat

SOCAR prezidenti Rövnəq Abdullayev “Azneft” İstehsalat Birliyinə (İB) yeni baş direktor təyin edib.

Mia.az xəbər verir ki, bu barədə İB məlumat yayıb.

Bildirilib ki, müvafiq əmrlə “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi Şahmar Hüseynov İstehsalat Birliyinin Baş direktoru təyin olunub.

Xatırladaq ki, “Azneft”in əvvəlki Baş direktoru Daşqın İskəndərov dekabrın əvvəlində  SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin edilib. Yeni Baş direktorun da elə onun ən yaxın dostu olduğu deyilir.

Yeri gəlmişkən, SOCAR-da böyük islahatların aparılacağı gözlənilir. İddia olunur ki, yeni vitse-prezident D.İskəndərovun səlahiyyəti artırılacaq. Bununla bağlı dekabrın 22-də yayımladığımız xəbərdə məlumat verilib.

Həmin yazı ilə buradan tanış ola bilərsiniz:

https://www.mia.az/w981297/quotquotazeriqazquot-socar-in-terkibinden-cixarilacaq-iki-vitse-prezident-ise-vezifeden-gedecekquotnbsp-komite-sedri-deyisiklik-anonsu-verdi-2019-12-23-125745

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …