Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / VİLYAM HACIYEVİN TƏHSİLİNDƏKİ ZİQZAQLI MANEVRİ – AVİASİYADAN TEXNOLOGİYAYA, ORDAN İSƏ, YENƏ GÖYLƏRƏ…

VİLYAM HACIYEVİN TƏHSİLİNDƏKİ ZİQZAQLI MANEVRİ – AVİASİYADAN TEXNOLOGİYAYA, ORDAN İSƏ, YENƏ GÖYLƏRƏ…

Məmurlar barədə istənilən məlumat cəmiyyət üçün maraqlı sayılır. Hər bir məmurun da borcudur ki, öz keçdiyi yol barədə cəmiyyətə doğru – dürüst informasiya versin. Təbii ki, KİV nümayəndələri olaraq hansısa məmurun şəxsi həyatına müdaxilə etmədən, qanunvericiliyin imkan verdiyi çərçivədə  belə məlumatlar ətarfında müəyyən araşdırmalar aparmaq biz jurnalistlərin daima maraq dairəsində olub. Bəzən məmurların özləri barədə verdikləri məlumatları təhlil edəndə adamı dəhşət bürüyür. Nələrə rast gəlmirsən? Kafe müdürlüyündən  birbaşa icra hakimiyyəti  başçısı vəzifəsinə yüksələ bilməyi bacarandan tutmuş, 49 yaşında ali məktəbi bitirən yüksək çinli məmura kimi.  Azinforum.az növbəti belə bir maraqlı detala İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev barəsində təqdim edilən məlumatda rast gəlib. İmişli rayon İcra Hakimiyyətinin rəsmi saytı başçını belə təqdim edir:

 

im

 

“Hacıyev Vilyam Fəhralı oğlu 10 avqust 1957 -ci ildə Azərbaycan Respublikasının Xanlar (indiki Göygöl ) şəhərində anadan olmuşdur. 1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirmişdir.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Əmək fəaliyyəti:
– 1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışmışdır.
– 23 fevral 1999-cu il tarixdən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri;
-02 aprel 2002-ci il tarixdən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini;
-26 mart 2004-cü il tarixdən Göygöl (keçmiş Xanlar) rayon İcra hakimiyyətinin başçısı vəzifələrində işləmişdir.
07 fevral 2006-cı ildən Samux rayon İcra Hakimiyyətinin başçısı;
14 aprel 2012- il tarixdən İmişli rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyir”.

Azinforum.az olaraq bizim marağımızı bu tərcümeyi halda  Vilyam Haciyevin ixtisas seçimindəki ziddiyyətli manevrləri cəlb etdi. Hətta buna bir qədər obrazlı formada “göylərə qalxmaq, ordan enmək, təkrar göyə qalxmaq və nəhayət enib icra başçısı olmaq” kimi yanaşa bilərik. Başçının tərcümeyi halından görünür ki, onun ilk arzusu aviasiya ilə bağlı olub və ömrünün ən gözəl çağında- 22 yaşında istəyinə çataraq, Mülki Aviyasiya Məktəbini bitirib. Sonra isə , indiki icra başçısı birdən-birə aviyasiya ilə yaxından və uzaqdan heç bir əlaqəsi olmayan Texnologiya Universitetinə üz tutub və 34 yaşında oranı bitirib. Ancaq maraqlıdır ki, 1998-ci ilə  kimi Vilyam Hacıyev yalnız aviyasiya sahəsində çalışıb. Göylərdə uçmaq həvəsi Vilyam Hacıyevi vadar edib ki, o yenidən aviyasiyaya üz tutsun və 37 yaşında o,  Mülki Aviyasiya Akademiyasının məzunu olub.  Deyəsən, Vilyam müəllimin qazandığı texnologiya diplomu ona hələ də lazım olmayıb. 

Maraqlı sual yaranır; “texnologiya hara, aviyasiya hara”.

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın