Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / Aktual / Vilyam Hacıyev sakinlərin körpü problemi ilə bağlı tapşırıq verdi

Vilyam Hacıyev sakinlərin körpü problemi ilə bağlı tapşırıq verdi

11 sentyabrda İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Qaragüvəndikli kəndində növbəti səyyar qəbul-görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul edilib.

Müraciətlər kəndə gedən yolda Boztəpə kanalı üzərindəki keçid körpünün bərpa olunması və kənd ərazisində Sip kabelləşmə işlərinin aparılması barədə çətinliklərin həllinə köməklik göstərilməsi ilə bağlı olub.

İcra başçısı vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verib.

Həmçinin oxuyun

Quba şəhər bələdiyəsinin sədri qandallandı – Rüşvət və daha iki maddə ilə + Təfərrüat

Quba şəhər bələdiyəsinin sədri vəzifəsini icra etmiş Dəstəbəy Tərlanovun qanunsuz əməlləri barədə rayon sakininin müraciəti Baş …