Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / Vilyam Hacıyev iş günü rayonu icazəsiz tərk edib? – İcra başçısının xidməti avtomobili Bakıda belə qayda pozdu

Vilyam Hacıyev iş günü rayonu icazəsiz tərk edib? – İcra başçısının xidməti avtomobili Bakıda belə qayda pozdu

İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezidentin Davosda olmasını fürsət bilib başçılıq etdiyi rayonu tərk edərək Bakı şəhərinə gəlib.

“RealMedia.az”-ın əməkdaşının dünən qeydə aldığı bu kadrlarda görüntülənən, yolun hərəkət hissəsini, yəni, avtomobillərin hərəkət zolağını kəsərək, hərəkətdə olan avtomobillərə maneçilik tőrədən 30 AA 001 dővlət nömrə nişanlı avtomibil İmışli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin xidməti avtomobilidir. Metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında, Bakı Dövlət Universitetinə doğru gedən yolun űstűndə icra başçısının xidməti avtomobilinin dayanmasından da aydın şəkildə də sezilir ki, avtomobili idarə edən şəxs “Yol hərəkəti haqqında” qanunun tələblərini pozur. Bu, öz yerində. Sual doğuran digər məqam ondan ibarətdir ki, Vilyam Hacıyev iş günündə başcılıq etdiyi rayonu başsız qoyub, rayonu tərk edərək Bakı şəhərinə gəlib.

Vilyam Hacıyev iş günü rayonu icazəsiz tərk edib?

Paytaxta hansı səbəbdən təşrif buyurması naməlumdur. Dəqiqləşdirmişik ki, Prezident Administrasiyasında şəhər, rayon icra hakimiyyəti başçılarının toplantısı olmayıb. Davos İqtisadi Forumuna qatılan Prezidentimiz ona İmişli boyda rayonu həvalə edir, Vilyam Hacıyev isə rayonu tərk edib Bakı şəhərində şəxsi işləri ilə məşğuldur.

Həmçinin oxuyun

Ordumuza hörmətsizlik edən “AZGRANATA” ya SƏRT ETİRAZ

Əsgər adı şərəfdir, ucadır, həm də bizim üçün ləyaqət rəmzidir. 44 günlük Vətən müharibəsində də …