Bazar , Yanvar 17 2021
Ana səhifə / Aktual / Vilyam Hacıyev Gəncədə Elmar Vəliyevi əvəzləyə bilər

Vilyam Hacıyev Gəncədə Elmar Vəliyevi əvəzləyə bilər

İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev yaxın günlərdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi əvəzləyə bilər.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.

Qeyd edək ki, 14 illik icra hakimiyyəti başçısı stajına malik olan Vilyam Hacıyev İmişli rayonundan əvvəl Göygöl və Samux rayonlarına rəhbərlik edib. Çalışdığı müddətdə rəhbərlik etdiyi rayonların sosial-mədəni həyatında və abadlıq-quruculuq işlərində ciddi nailiyyətlər əldə edib.

Bununla yanaşı, Vilyam Hacıyev Gəncə kimi böyük şəhərə də yad insan deyil.

Belə ki, 1999-2002-ci illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri, 2002-2004-cü illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışan Vilyam Hacıyev Gəncə şəhərinin infrastrukturuna, təbii həyatına və şəhər əhalisinin sosial tələblərinə yaxından bələddir.

Xatırladaq ki, Vilyam Hacıyev 2012-ci ildən İmişli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Son 6 ildə abadlıq-quruculuq, aqrar, sosial sahədə böyük uğurlara imza atan İmişli rayonu dövlətdən dotasiya almayan ilk rayondur.

Həmçinin oxuyun

“Vüqar Səfərli işi” daha kimlərin həbsinə apara bilər?

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin …