Çərşənbə , İyun 29 2022
Ana səhifə / Aktual / Vilayət Eyvazov yeni rəis təyin etdi

Vilayət Eyvazov yeni rəis təyin etdi

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin olunub.

“ Azinforum.az ” “Unikal.org”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Mirxəyal Hüseynov təyinat alıb.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü M.Hüseynov daha əvvəl Masallıda dövlət yol polisi müfəttişi, Göyçayda və Lənkəranda DYP komandiri vəzifəsində çalışıb.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mirxəyal Hüseynov rütbəcə polis baş leytenantıdır. O Lənkəran şəhər RPŞ-nin dövlət yol polisi bölməsinin rəisi vəzifəsinə təyin olunmazdan əvvəl həmin bölmənin yol patrul xidmətində baş inspektor vəzifəsində xidmət aparıb. Məlumatı DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan saytımıza təsdiqləyiblər.

Həmçinin oxuyun

Vüsal Novruzov niyə həbs edilmir?

İyun ayının 20-də Gömrük Komitəsində keçirilən əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanıldı. Əməliyyat vaxtı …