Şənbə , İyul 4 2020
Ana səhifə / Aktual / Vilayət Eyvazov sabiq icra başçısının qardaşını işdən çıxardı

Vilayət Eyvazov sabiq icra başçısının qardaşını işdən çıxardı

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işdən çıxarılıb. 

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, RPŞ-nın rəisi Elsevər Əli oğlu Aslanov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

Məlumata görə, Daxili İşlər naziri Vilayət Eyvazov bu barədə müvafiq əmr imzalayıb. İşdən çıxarılan polis rəisinin yerinə hələlik təyinat olmayıb. 

Qeyd edək ki, E.Aslanov Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun qardaşıdır. 

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.

Həmçinin oxuyun

Koronavirusdan ölən Etibar Babayevin ailəsi KARANTİNƏ ALINDI

Bu gecə koronavirusdan vəfat edən “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Kinoproqramlar …