Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / Vilayət Eyvazov rəisə yeni vəzifə verdi

Vilayət Eyvazov rəisə yeni vəzifə verdi

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr təyinatı ilə bağlı yeni əmr imzalayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirin əmri ilə Gəncə ŞBPİ Cinayət Axtarış idarəsinin rəisi, polis polkovnik-leytenantı Aslanov Çingiz Rauf oğlu vəzifəsindən azad edilərək Gəncə ŞBPİ-nin Əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

O, daha əvvəl isə Sumqayıt Şəhər Polis idarəsinin Cinayət Axtarışı şöbəsinin rəis müavini olub.

Qeyd edək ki, Gəncə ŞBPİ-nin bundan öncəki rəis müavini Müqabil Abdıyev nazirin əmri ilə Göygöl rayon polis şöbəsinə rəis təyin olunub.

Həmçinin oxuyun

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə …