Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Vilayət Eyvazov Əhəd Abıyevin qardaşını işdən çıxartdı

Vilayət Eyvazov Əhəd Abıyevin qardaşını işdən çıxartdı

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
“Report”un Qərb Mərkəzi xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Elvin Abbasov DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi vəzifəsinə təyin edilib.
E.Abbasov bundan əvvəl baş əməliyyat müvəkkili işləyib.
Nazirin digər əmri ilə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi Zəfər Abıyev vəzifəsindən azad edilib. Z.Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevın qardaşıdır.

Həmçinin oxuyun

Prezidentin rəhbərliyi ilə operativ müşavirə keçirildi

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin …