Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / VİDADİ ZEYNALOVLA BEYTULLA HÜSEYNOVUN HARIN ƏMƏLLƏRİ – “ÖZLƏRİNƏ 10-larla VİLLA, ARVADLAR ALIBLAR…”

VİDADİ ZEYNALOVLA BEYTULLA HÜSEYNOVUN HARIN ƏMƏLLƏRİ – “ÖZLƏRİNƏ 10-larla VİLLA, ARVADLAR ALIBLAR…”

“MTN-nin himayəsi ilə Beytulla Hüseynov, Vidadi Zeynalov, Anar Mustafayev, Bayram Vəliyev və Emin Məmmədov birləşərək, şəbəkə yaradıb 100 milyon manat yox, 100 milyonlarla manat vəsait mənimsəyiblər”

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovla bağlı sensasion məktub yayılıb.Pia.az-ın tirajladığı məktub Beytulla Hüseynovun ədalətsizlik və haqsızlıqları ilə üzləşmiş bir qrup işçisi adından yazılıb. Həmin məktubu ixtisarla təqdim edirik:

“İlkin olaraq, rabitə sahəsində saxtakarlıqla məşqul olan, vəzifəsindən sui-istifadə edən, dövlət vəsaitini mənimsəyən, korrupsiyanı inkişaf etdirən və rabitəçilərin pullarını yeyib talayan bir neçə rəhbər vəzifələrdə işləyən şəxslərin işdən azad edərək, onların həbs olunmalarına görə, ölkə başcısına öz minnətdarlığımızı bildirmək istəyirik. Uzun illərdir ki, heç kim sözünü deyə bilməyib. Deyə bilən də ya işdən azad olunurdu, ya da MTN-lə hədələnirdi.

Beytulla Hüseynovun, Anar Mustafayevin, Vidadi Zeynalovun, Bayram Vəliyevin və Emin Məmmədovun BTRİB-dən getmələri bütün işçiləri sevindirdi. Ümüd edirik ki, rabitəçilərin kəsilmiş pulları bərpa olunacaq (13-cü əmək haqqı, bayram pulları, zərərli işə görə ödənişlər, maddi yardımlar, 25% aylıq mukafat, yol pulları və sair).

Kəsilmiş bizim pulları təmir-tikinti və ya investisiya qoyuluşları adı ilə kabel qurğuların tikintisinə yönəldərək, bu şəxslər ölkəmizin müxtəlif ərazilərində və xarici ölkələrdə özlərinə onlarla villalar, obyektlər, bahalı avtomobillər, torpaq sahələri, qızıllar, brilyantlar, arvadlar və otellər alıblar.

Bir nəzər salın, Nəriman Salmanov həbs olunmayıb və işdən kənarlaşdırılmamışdır. Necə olur ki, Beytulla Hüseynovun “qara tapşırıqlarını” qovşaq rəisləri və BTRİB-in şöbə rəisləri neçə illərdi ki, icra etdikləri halda, təmir-tikinti muqavilələrini qovşaq rəisləri imza etdiyi və saxta eskizlərin icrasını təmin etdikləri halda həbs olunmurlar və ya işdən kənarlaşdırmırlar?

9Son vaxtlar bir neçə qəzetlərdə və internet saytlarında Nəriman Salmanovu zərər çəkmiş qismində göstərilir.  Bildirilir ki,   2004-cü ildə Nəriman Salmanovun 500000 (beş yüz min) dollar vəsaitini rabitə naziri alıb və qaytarmayıb.  Beytulla Hüseynovun sifarişi ilə MTN tərəfindən Nəriman Salmanovun başına “torba” salaraq “padvala” aparılıb və sair bu kimi məsələlər haqqında məqalələr dərc edilib. Araşdırma nəticəsində və həm də məqalələrdən görünür ki, Nəriman Salmanov bu cür məlumatları saytlara və qəzetlərə özü göndərir.

Maraqlıdır, 2004-cü ildə Nəriman Salmanov 500 000 manat vəsaiti hardan əldə edib. Və Nəriman Salmanov 500 000 manat rüşvət verdiyinə görə niyə həbs olunmayıb. Görünür, əvvəllər Gəncə Telekomunikasiya Qovşağını Nəriman Salmanov “yaxşıca” yeyib talayıb.

Belə çıxır ki, həbs olunmuş Beytulla Hüseynov kimi  rabitəçilərin pullarını yeyib talayan bir qrup adam, digər Nəriman Salmanov kimi yeyib talayanla əvəz olunacaqlar? Bu nəyi dəyişir? Yenə bizim əmək haqlarımız kəsilərək digər sahələrə yönələrək yeyilib talanacaq?

Bir zamanlar, 2004-cü ildə həmin Nəriman Salmanov 500 000 manat rüşvət verib BTRİB-in baş direktoru vəzifəsinə təyin olunaraq, Qovşaqların bütün vəsaitlərini təmir-tikinti, kabel qurğularının tikintisi və keyfiyyətsiz malların alınmasına yönəldərək, küllü miqdarda saxta MMC-lərdən “atkatlardan” və “obnaliçkalardan” vəsaitləri mənimsədiyi deyəsən yaddan çıxıb? Qara işlərin görülməsi ilə bağlı bütün müqavilələr “Qara Çay” şirkətinin yiyəsi, Nəriman Salmanovun yaxın dostu, Azər Yüsifovla bağlanaraq vəsaitlər mənimsənilirdi.

Prezidentin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun AzərTAC-da dələduz şirkətlər haqqında dərc olunmuş geniş həcmli məqaləsində həmin “Qara Çay” şirkətinin adı xüsusi yer alıb.

Rabitə ölkənin ən əsas strateji müəssisələrindən biridir. Vaxtı ilə BTRİB-də cəmi 5 ay işləmiş Nəriman Salmanov da “bərk” getdi, özünü itirmişdi. Hamını işdən azad etməklə hədələyirdi. Sonra isə şöbə rəislərinin 90%-dan 3000-5000 manat rüşvət alaraq işdə saxladı. Beytulla Hüseynov da “göylə” gedirdi. Rabitənin “qanını içdi”. İşçilərə zülm və təhqir etməkdən həzz aldı.  İndi, nə edir görəsən? Hər şeyin əvvəli varsa, sonu da var.

İşçilərə vurulmuş mənəvi və maddi zərərin haqqını kim və nə vaxt ödəyəcək? Cənab Prezidentin sərəncamına əsasən 6 dekabr Rabitəçi günü elan edilmişdir və buna baxmayaraq bizim bayram pullarımız Yeni il bayramı ilə cəmləşdirib, dekabr ayının sonunda bir aylıq vəzifə maaşı əvəzinə 100 manat ödənilir. Niyə? On ildir ki, hər ay işçilərə 25% əvəzinə 15% əlavə əmək haqqı (mükafat), Rabitəçi günündə bir aylıq vəzifə maaşı əvəzinə 30 manat miqdarında mükafat ödənilirdi. Digər bayamlarda da 20 manat bayram pulu ödənilir. Guya vəsait çatmır? Lakin təmir tikinti və ya kabel qurğularının tikintisi üçün saxta MMC-lərə, villalar tikdirməyə və digər əmlaklar almağa vəsait tapılırdı.

13-cü əmək haqqı, bayram pulları, işçilərin zərərli işə görə ödənişləri, maddi yardımlar, yol pulları və sair ödənişlər kəsilib və ya ümumiyyətlə ləğv olunub. Bu cür təkliflər Azərbaycanlıları sevməyən MƏŞ-in rəisi, milliyətçi Zöhrab Yarəhmədov tərəfindən verilirdi və icra olunurdu. 2005-ci ildə BTRİB-ə gələn kimi Beytulla Hüseynov, baş mühasib Anar Mustafayev və MƏŞ-in rəisi Zöhrab Yarəhmədov Kollektiv Muqaviləsinin bəndlərinə yenidən baxaraq işçilərin ziyanına dəyişdirilmişdir. Həmkarlar Komitəsinin sədrləri də heç nəyə  müdaxilə edə də bilməzdirlər. Əks halda Beytulla Hüseynov tərəfindən onlar işdən azad olunacaqlar.

Müəssisənin gəlirlərinin artırılması və rabitənin inkişafı ilə əlaqədar təkliflər vermək əvəzinə MƏŞ-in rəisi  Zöhrab Yarəhmədov 10 il ərzində işçərin ştat vahidlərində dərəcələrin aşağı salınması, ödənişlərin kəsilməsi və digər müxtəlif maxinasiyalarla məşqul olurdu. Əvəzində də Beytulla Hüseynov tərəfindən Zöhrab Yarəhmədova verilən “PAKET”in məbləği artırılırdı. Bunlar niyə araşdırılmır?

Hazırda da Beytulla Hüseynovun komandasından olan MƏŞ-in rəisi Zöhrab Yarəhmədov baş direktorun müavini Xankişi Kişiyevlə kollektiv müqaviləsinin bəndlərini yenidən işçilərin ziyanına dəyişdirməyə çalışırlar. Hal-hazırda, Zöhrab Yarəhmədov birbaşa təxribatla məşğuldur…

10 il ərzində savadlı işçilər nahaq yerə cəzalandırılaraq, pulları kəsilmiş, təhqir olunub və işdən azad olunmuşlar. Kimlərsə müxtəlif xəstəliklər tapdılar, kimlərsə vəfat etdilər, kimlərsə də işsizlikdən əziyyət çəkirlər. Onların yerlərinə də Beytulla Hüseynovun, Vidadi Zeynalovun və ya Anar Mustafayevin qohumları və ya yaxınları yerləşdirilmişdir. Onların əmlaklarına niyə həbs qoyulmur? Bunların əvəzini kim ödəyəcək?

52008Beytulla Hüseynovun hələ də rabitədə işləyən komandasına daxildir: Bacısı Fəridə xanım, bacısının yoldaşı anbardar Hüseyn, bacısının oğlu Kamal, qardaşının həyat yoldaşı, BTRİB-in qarajına nəzarət edən Ceyhun adlı bacanağı,  MƏŞ-in rəisi Zöhrab Yarəhmədov, Baş direktorun müavini Əhməd Mehdiyev, Yasamal TQ-nin hal-hazırki baş mühəndisi Rəsul Qurbanov, saxta MMC-lərin rəhbərləri Bayram Vəliyev və Emin Məmmədov, LKŞ-nin rəisi, vahabi Şahzadə, Texniki şöbənin rəisi Abbas, Xətt xidmətinin rəisi, Təhcizat Şöbəsinin rəisi Elxan, Xəzər TQ-nin rəisi Cavid Həsənov.

Ağsulu, Xəzər Telefon TQ-nin rəisi Cavid Həsənov yaxını olan Cəlilabad rayon İcra Başcısı Əziz Əzizovun “qara kassiri”, Ağsulu Ceyhun adlı yerlisinə 70 000 manat rüşvət verərək, Nazir Səlim Müslümovun dəstəyi ilə Xəzər Telefon Qovşağının rəisi vəzifəsini satın almışdır. 

 Yasamal TQ-nin rəisi  Mirbaba Babayev, Nizami Telefon Qovşağının baş mühəndisi  Yasin, AHŞ-nin rəisi  Vaqif, AHŞ-nin rəisi  Rəşid, CİŞ-in rəisi  Rəşadət, St.xidmətinin rəisi Qalib, Nizami TQ-nin Kadrlar Şöbəsinin rəisi, LAK-ın kollektivinin 70-80%-i Beytulla Hüeynovun qohumları və yaxınlarıdır.

Bunlar niyə araşdırılmır?

Hamıya məlumdur ki,  Anar Mustafayev BTRİB-in mühasibatlıq şöbəsinə MTN-ə qulluq edən qohumu, “yuyulmuş” pulları daşıyan Asifi, qohumu Elçini, Nigar adlı “sevgilisini”,  Əhməd və Azad Abbasovu yerləşdirib. Həmçinin  Nizami TQ-nin baş mühasibi Rəşadı təyin etdirib.

Beytulla Hüseynovun sürücüsünün (Aydın) qohumu Sabunçu TQ-nin baş mühasibi Amil,  Xəzər TQ-nin baş mühasibi Toğrul,  B.Hüseynovun qohumu Bakı Kabel Qovşağının baş mühasibi Gündüz,  Nizami TQ-nin MƏŞ-in rəisi Rəşad və digərləri də onları yaxınlardır.

MTN-nin himayəsi ilə Beytulla Hüseynov, Vidadi Zeynalov, Anar Mustafayev, Bayram Vəliyev və Emin Məmmədov birləşərək, şəbəkə yaradıb 100000000 (yüz milyon) manat yox, 100000000-larla (yüz milyonlarla) manat vəsait mənimsəyiblər. Həmin vəsaitlərə onlarla villalar, onlarla müxtəlif bahalı obyektlər, bağlar, torpaq sahələri, bahalı avtomobillər və qızıl-zinyət əşyaları alınıb. Bunların 2-ci və 3-cü “arvadlarına” evlər, avtomobillər və qızıl-zinyət əşyaları alınıb. Zöhrab Yarəhmədov bunların hamısını bilirdi və niyə qarşısını almadı? Lakin on ildir ki, müxtəlif yollarla işçilərin əmək haqqı ödənişlərinın azaldılmasını həvəslə edirdi. Çünki, Anar Mustafayev saxta MMC-lərə vəsaitləri köçürüb və yuyulmasını icra etməli idi. Həmin “çirkli” pullardan da Zöhrab Yarəhmədova bol-bol “PAKET” verilməli idi. Rabitədə hamıya məlumdur ki, Beytulla Hüseynov əsas olaraq baş mühasib Anar Mustafayevin, Maliyyənin rəisi Zöhrab Yarəhmədovun və qovşaq rəislərinin vasitəsi ilə “qara” əməllərini həyata keçirirdi. Maraqlıdır, Prokurorluq tərəfindən niyə bu işlər araşdırılmır və niyə Zöhrab Yarəhmədov hələ də həbs olunmayıb.

Rabitədə hamıya məlumdur ki, Beytulla Hüseynov iş otağında qız uşaqları-katibələri ilə min cür əxlaqsızlıqlarla məşğul olub. Beytulla Hüseynovla Anar Mustafayev vəzifələrindən sui-istifadə edərək, 109 Məlumat Sorğu Sexinin, 122 Mərkəzi Təmir Bürosunun və qovşaqların bəzi cavan xanım işçilərini əxlaqsızlığa məcbur ediblər. ….Övladlarına yüz minlik avtomobillər, villalar və brilyantlar alıblar. Beytulla Hüseynovun evladı toydan sonra bal ayını İsveçrədə qeyd edirdi. Beytulla Hüseynov Flora adlı “arvadı” ilə Bodrum, Antaliya və digər şəhərlərdə istirahət edirdi.

Hamıya məlumdur ki, Anar Mustafayevin Zığ qəsəbəsindəki 2 mərtəbəli villası, rabitənin vəsaitlərinin digər adlarla  köçürülməsi hesabına Emin Məmmədovun təmir-tikinti şirkəti tərəfindən inşa edilmişdir. Bütün əmlaklar da başqa şəxslərin və yaxınlarının adlarına rəsmləşdirilmişdir. Bu vəsitləri idarəyə gətirmək üçün bizlər illərdi əmək sərf etmişik, canımızı qoymuşuq, hər gün 12-14 saat çalışmışıq, haqqsız cəzalanmışıq, pullarımız kəsilib, ailə problemləri ilə məşğul ola bilməmişik, övladlarımızın lazımı səviyyədə tərbiyəsi ilə məşğul ola bilməmişik, övladlarımızın istədiklərini ala bilməmişik, xeyir-şərdə iştirak edə bilməmişik. Bunlar isə rabitəçiləri hər dəfə müxtəlif yollarla aldadaraq və pullarımızı kəsərək, ciblərini dolduraraq, dəbdəbəli həyat yaşayırdılar. İndi isə Zöhrab Yarəhmədov yeni komanda ilə yenə “at oynadacaq”? Bu vəsaitləri kim qaytaracaq?

Beytulla Hüseynov  Flora adlı 2-ci arvadına şəhərin mərkəzində, H.Əliyev Kompleksinə yaxın olan yeni tikilidə 3 otaqlı təmirli mənzil, Mersedes markalı avtomobil və müxtəlif qızıl-zinyət əşyaları alıb hədiyyə edib. Anar Mustafayev BTRİB-in mühasibatlığında ikinci “arvadını” yanında işlə təmin edərək,  Nissan markalı avtomobil və Yasamalda yeni tikilidə 2 otaqlı mənzil hədiyyə edib. Bunlardan əlavə, Anar Mustafayev mühasibatlıqda qara əməllərini həyata keçirmək məqsədi ilə, əvvəllər onunla birgə işləmiş Azad Abasovu BTRİB-də yerləşdirmişdir. Əvəzində də Anar Mustafayev rabitəçilərin binasında onun mənzil problemini həll etmişdir. Hal-hazırda da Azad Abasov Bakı Kabel Qovşağının baş mühasibi vəzifəsinə təyin olundu.

Həmin əmlaklar hamısı müsadirə olunub, auksiyonda satılaraq büdcəyə yox, hansısa şəxsin adına yox, Rabitə qovşaqlarının hesabına köçürülməlidir…Həmin əmlakların, avtomobillərin və qızıl-zinyət əşyaları bir-bir araşdırılaraq dəyərləndirilsin, auksiyonda satılsın və pul şəkilində BTRİB-in qovşaqlarının gəlirinə nisbətən bölünərək altı qovşağın hesabına köçürülməsinə göstəriş verilməsini biz dövlət başçısından xahiş edirik. Həmin vəsaitin qovşaqların vacib problemlərin həllinə və  işçilərinə mükafat və ya digər şəkildə ödənilməsini xahiş edirik. Həmçinin BTRİB sahəsində Zöhrab Yarəhmədov ki, digər Beytulla Hüseynovun, Anar Mustafayevin və Vidadi Zeynalovun komandasından qalan işçilərin  təmizlənməsinə göstəriş verməyinizi Sizdən xahiş edirik“.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın