Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / Vidadi Zeynalov iki aya azadlığa çıxacaq – Vəkildən açıqlama

Vidadi Zeynalov iki aya azadlığa çıxacaq – Vəkildən açıqlama

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov yaxın iki ay ərzində azadlığa çıxacaq.
Azinforum.az xəbər verir ki, unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Vidadi Zeynalov azadlığa çıxması üçün Ali Məhkəməyə müraciət edəcək. Bu prosedurdan sonra, yaxın iki ay ərzində azadlığa çıxacaq.
Hüquqşünas Mehman Muradlı Unikal.org-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsi yekun qərarını verib:
“Bundan sonra iş Ali Məhkəməyə gedərsə, Vidadi Zeynalovun azadlığa şərti cəza ilə çıxması mümkündür. Mən bildiyim qədər o, dövlətə vurduğu zərəri ödəyib. Cinayət qanunvericiliyi də onun həbs cəzasının şərti cəza ilə əvəzlənməsinə yol verir”.
Qeyd edək ki, artıq dünən Bakı Apellyasiya Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalovun cəzası 4 ilə endirilib. Vidadi Zeynalova verilən 4 il cəzasının istintaq müddətində iki ilini çəkib. Bununla belə, Bakı Apellyasiya Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə onların müsadirə olunan əmlaklarını yenidən özlərinə qaytarıb.

Həmçinin oxuyun

“Qarabağın statusu məsələsi bəyanatda qeyd olunmayıb” – XİN rəhbəri

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir …