Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / VI Qlobal Bakı Forumu iştirakçılarının şərəfinə ziyafət verildi

VI Qlobal Bakı Forumu iştirakçılarının şərəfinə ziyafət verildi

Martın 15-də VI Qlobal Bakı Forumu iştirakçılarının şərəfinə ziyafət verilib.

Virtualaz.org-un məlumatına görə, ziyafətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Bir sıra ölkələrin dövlət və hökumət başçılarının, eləcə də sabiq dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin iştirak etdikləri ziyafətdə Prezident İlham Əliyev çıxış edərək deyib:

-Forumun açılış sessiyasında və panel iclasları zamanı mənə müzakirələrin çox maraqlı və məhsuldar keçməsi barədə məlumat verildi. Əminəm ki, sizin təmaslarınız və qeydlərinizdən yaranan ideyalar bizim gələcək fəaliyyətimiz, onların xidmət etdiyi məqsədlər üçün çox dəyərli olacaqdır.

Mən bütün qonaqlarımızı Azərbaycanda görməkdən çox şadam. Mən çoxlu köhnə dostlarımı, həm fəaliyyətdə olan dövlət və hökumət başçılarını, həm də sabiq dövlət və hökumət başçılarını, uzun illər birlikdə işlədiyim rəhbərləri görürəm. Mən sizin ölkələrinizə səfərlərimi, sizin bizim ölkəmizə səfərlərinizi xatırlayıram. Bizim həqiqətən də çox yaxşı işçi münasibətlərimiz var idi və bu münasibətlər Azərbaycan və sizin ölkələriniz arasında daha sıx əlaqələrin qurulmasına çox kömək göstərib.

Bizimlə birlikdə olduğunuz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə verdiyiniz töhfə və dəstəyiniz üçün sizə təşəkkür edirəm. Əlbəttə ki, mən bir daha xanım Prezident Vike-Freyberqaya və cənab Serageldinə bizim ümumi amalımız üçün möhtəşəm, – fikrimcə, onların fəaliyyətinə belə qiymət vermək düzgün olardı, – töhfələrinə görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun…

Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa çıxış edərək Forum iştirakçıları adından onlara göstərdikləri davamlı dəstəyə, yüksək qonaqpərvərliyə və xoş münasibətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Ziyafətdə Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı da təqdim olunub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …