Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Veysəloğlu “Asan Könüllüləri” təşkilatı ilə birlikdə astaralı uşaqları sevindirib – FOTO

Veysəloğlu “Asan Könüllüləri” təşkilatı ilə birlikdə astaralı uşaqları sevindirib – FOTO

Veysəloğlu Şirkətlər Qrupu “ASAN Könüllüləri” təşkilatı ilə birlikdə ”ASAN məktub” layihəsini uğurla icra etməkdədir.

Layihənin həyata keçirilməsində əsas məqsəd əhalinin həssas qrupuna daxil olan 4-14 yaşınadək uşaqların arzu və istəklərinin reallaşdırılmasıdır.

Belə ki, Şirkətlər Qrupu olaraq ilk layihəni Astara rayonunun ucqar yaşayış məntəqəsi hesab olunan Qapıçıməhəllə kəndində reallaşdırdıq. Ümumilikdə 51 uşağın ASAN Məktuba ünvanladıqları arzu və istəkləri gerçəkləşdirilərək onlara hədiyyələr təqdim olundu.

Bundan başqa təqdim etmə mərasimi Yeni İl şənliyi ilə davam etdirilib, həmçinin, tədbirə qatılan digər uşaqlara da bayram sovqatı təqdim olunub.

Qeyd edək ki, Veysəloğlu Qrup Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində davamlı olaraq respublikanın bütün bölgələrində “ASAN Könüllüləri” təşkilatı ilə birlikdə ”ASAN məktub” layihəsini icra etməyi planlaşdırır.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …