Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / “Veysəloğlu” Şirkətlər Qrupu Avropada daha 3 tələbənin təhsilinə dəstək oldu

“Veysəloğlu” Şirkətlər Qrupu Avropada daha 3 tələbənin təhsilinə dəstək oldu

AZİNFORUM.AZ: – Təhsilə dəstək, savadlı və xüsusi istedadlı gənclərin yetişdirilməsi, onların qayğı ilə əhatə olunması və inkişafı “Veysəloğlu” Şirkətlər Qrupunun Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasında özünün prioritetliyini qoruyub saxlamaqdadır.

AZİNFORUM.AZ xəbər verir ki, bakalavr təhsilini xüsusi fərqlənmə ilə bitirən tələbələrin seçimini aparan Şirkətlər Qrupu onların xaricdə təhsil alaraq, beynəlxalq təcrübə qazanmaları üçün lazımi köməkliyi göstərməkdə davam edir.

“Veysəloğlu” qrup Avropanın nüfuzlu universitetlərindən olan Turin Politexnik Universitetinin (Politecnico di Torino) neft və mədən mühəndisliyi ixtisası üzrə magistr təhsili alması üçün 3 istedadlı gəncə – Əlirza Orucov, Qasım Əlicanov və Cavid Salmanova dəstək olub.

Qeyd edək ki, şirkətin dəstək olduğu tələbələrdən biri Əlirza Orucov bir neçə innovativ layihələrin müəllifidir. O, “Şumsuz əkin”, “Təmiz ada” layihələri ilə bir neçə müsabiqənin qalibi olub.

Həmçinin oxuyun

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər – VİDEO

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. …