Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Vergilər Nazirliyi “Turan” agentliyinin bank hesabının dondurulması barədə

Vergilər Nazirliyi “Turan” agentliyinin bank hesabının dondurulması barədə

Vergilər Nazirliyi “Turan” informasiya agentliyinin bank hesabına sərəncam qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, vergi ödəyiciləri vergi öhdəliklərini vaxtında yerinə yetirmədikdə, onların bank hesablarına Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sərəncam qoyulur: “Bank hesablarına sərəncam qoyulması və qoyulmuş sərəncamın geri götürülməsi Vergilər Nazirliyi ilə banklar arasında bağlanılmış elektron sənəd mübadiləsi haqqında kollektiv sazişin tələblərinə əsasən insan amili olmadan, avtomatlaşdırılmış qaydada və elektron şəkildə həyata keçirilir. Həmin proqram təminatında yaranmış texniki nasazlıq səbəbindən “Turan” informasiya agentliyinin bank hesabına sərəncam qoyulub və dərhal bu nasazlıq aradan qaldırılaraq sərəncam geri götürülüb”. (APA)

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …