Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Vergilər Nazriliyi “Turan”a qarşı sanksiyaları bərpa etdi

Vergilər Nazriliyi “Turan”a qarşı sanksiyaları bərpa etdi

Vergilər Nazriliyinin Bakı Lokal Gəlirlər Departamenti \”Turan\” İnformasiya Agentliyinə 2014-17-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib.

Azinforum.az  bildirir ki, bu barədə agentlik özü məlumat yayıb. Bildirilir ki, bununla bağlı sentybarın 18-də agentliyin elektron poçtuna Vergilər Nazirliyindən sentybarın 15-i tarixilə məktub daxil olub. Məktubda deyilir ki, agentlik 27 min 253 manat borca və daha 9.294 manat faizə malikdir.
Qeyd edək ki, sentybarın 12-də nazirliyin həmin departamentindən 11 sentyabr tarixilə agentliyə daxil olan məktubda \”Turan\”ın hər hansı vergi borcunun və ya cərimə sanksiyasının olmadığı bildirilirdi.
Vergi sanksiyası ləğv edildikdən sonra agentliyin hesablarına qoyulan həbs də götürülmüşdü, indi -sanksiyanın bərpasından sonra \”Turan\”ın hesablarına həbs qoyulması da bərpa edilə bilər.
Xatırladaq ki, avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilmişdi. Amma sentyabrın 11-də həbs qətimkan tədbiri dəyişdirilərək sərbəst buraxıldı.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …

Bir cavab yazın