Cümə , Noyabr 27 2020
Ana səhifə / Aktual / Vasif Talıbovun oğlu Heydər Əliyevdən dərs alarkən…(FOTO)

Vasif Talıbovun oğlu Heydər Əliyevdən dərs alarkən…(FOTO)

Naxçıvan Muxtar Respublikası Ali Məclisini sədri Vasif Talıbovun oğlu Rza Talıbov öz Feysbuk səhifəsində maraqlı şəkil paylaşıb. Şəkil 1992-ci ildə Heydər Əliyevin Muxtar Respublikaya rəhbərlik etdiyi dövrdə çəkilib. Maraqlı tarixi fotodan görünür ki, dahi siyasətçi Rza Talıbovun dərslərilə maraqlanır.

Azinforum.az bildirir ki, Rza Talıbov Ali Məclis sədrinin böyük oğludur. O, atasının rəhbərlik etdiyi siyasi qurumun – hakim Yeni Azərbaycan Partiyası Naxçıvan MR təşkilatının şura üzvüdür.
Rza Talıbovun iş adamı kimi fəaliyyət göstədiyinə dair məlumatlar var. Məlumata görə, Bakı Dövlət Universitetini bitirmiş Rza Talıbov hazırda Naxçıvanda fəaliyyət göstərən “Gəmiqaya Holdinq”in prezidentidir.

Qeyd edək bu şəkilin paylaşılması sosial şəbəkələrdə böyük diskussiyaya səbəb olub. Yazılan maraqlı kommentlərdən birində bildirilir: “Dahi siyasətçidən dərs almaq hər bir adama nəsib olmur. Rza Talıbov uşaq vaxtından bu xoşbəxtliyi yaşayıbsa, onun böyük gələcəyi var!”

AZİNFORUM.AZ

 

 

 

rza3

rza1

 

rza2

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT

Bir cavab yazın