Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / VASİF TALIBOVUN GENERAL YEZNƏSİ DANIŞDI – “Heç bir səlahiyyətim yox idi…”

VASİF TALIBOVUN GENERAL YEZNƏSİ DANIŞDI – “Heç bir səlahiyyətim yox idi…”

“Mənim Naxçıvan Muxtar Respublikasında, onun hansısa bir qurumlarında baş verənlərlə hər hansı bir əlaqəm yoxdur. Guya, Naxçıvanı tərk etməyim barədə səslənın fikirlər isə absurddur”.

Bunu “gununsesi.info”-ya açıqlamasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsi, daxili işlər nazirinin və Gömrük Komitəsinin sədr müavini olmuş general Səbuhi Novruzov deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Səbuhi Novruzovun Muxtar Respublikanı tərk etdiyi barədə xəbərlər yayılıb.

Əməkdaşımızla söhbətində yaş həddi ilə bağlı hazırda təqaüdə çıxdığını deyən Səbuhi Novruzov evində olduğunu bildirib: Mənim bu məsələlərin heç biri ilə əlaqəm yoxdur. Gömrükdə aşkar olunmuş faktlara aidiyyətim yoxdur. Çünki həmin quruma bir ildir təyin olunmuşdum. Heç bir səlahiyyətim yox idi”. 

Qeyd edək ki, Səbuhi Novruzovun “heç bir səlahiyyətim yox idi” ifadəsini məsuliyyəti üzərindən atmağa çalışmaq1 cəhdi hesb olunur. Çünki son aylara qədər Naxçıvanda səlahiyyətli şəxslər ansısa vəzifəni tutanlar deyil, Vasif Talıbovun qohumları sayılırdı.  Səbuhi Novruzov da Vasif Talıbovun yaxın qohumlarından biri olduğundan, gömrükdə baş verənlərdən xəbərsiz olması inandırıcı görünmür. Əlbəttə, həqiqəti istintaq ortaya çıxaraqcaq.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …