Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Vasif Talıbovdan rəis təyinatı

Vasif Talıbovdan rəis təyinatı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Vəli Novruzovun Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:”Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vəli Zihralı oğlu Novruzov Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilsin”.

Qeyd edək ki, Vəli Novruzov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …