Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Vasif Talıbov qızıl fabrikinin açılışında

Vasif Talıbov qızıl fabrikinin açılışında

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvanda fabrik açılışında iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, AM sədri “Miraj Gold” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan qızıl və gümüş zinət əşyaları hazırlayan fabriki istifadəyə verib. Açılışda V. Talıbov deyib ki, muxtar respublikada vaxtilə zinət əşyaları hazırlayan ustalar olub. Lakin varisilik təmin olunmadığı üçün bu sənət zamanla unudulub. “Bu gün muxtar respublikada az sayda usta bu sənətlə məşğul olur. Zinət əşyaları istehsalı müəssisəsinin yaradılması, müasir avadanlıqların qurulması və mütəxəssisələrin cəlb olunması həm zinət əşyalarının hazırlanması üzrə varisliyi təmin edəcək, həm də bu sənət muxtar respublikada inkişaf edəcək”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …