Şənbə , Noyabr 28 2020
Ana səhifə / Aktual / Vasif Talıbov onlara maşın hədiyyə etdi – FOTO

Vasif Talıbov onlara maşın hədiyyə etdi – FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qarabağ qazilərinə avtomobil hədiyyə edib.

Azinforum.az  xəbər verir ki, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərə ötən gün “NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim olunub.

V. Talıbov mərasimdə çıxış edərək bildirib ki, avtomobillə təmin olunan şəxslərin xidməti vəzifələrini layiqincə yerinə yetirməsi Vətənə xidmətin nümunəsidir: “Bu gün xidməti borclarını layiqincə yerinə yetirən insanlara avtomobillərin təqdim olunması həm də onların hərəkət imkanlarını yaxşılaşdıracaq”.

AM sədri onlara yeni avtomobillərin açarlarını təqdim edib.


Vasif Talıbov onlara maşın hədiyyə etdi

Həmçinin oxuyun

“Onun psixi problemləri var” – Erməni generaldan Paşinyana CAVAB

“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”. Azinforum.az …