Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Vasif Talıbov mədəniyyət xadimlərini təltif etdi

Vasif Talıbov mədəniyyət xadimlərini təltif etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mədəniyyət sahəsindəki səmərəli fəaliyyətlərinə görə bir qrup şəxsi təltif edib.

Azinforum.az-ın məlumatına görə, sərəncama əsasən, Əsgərov Amil Əkbər oğlu, Əsgərov Səməd Elşən oğlu, Fərzəliyev Arzu İsmayıl oğlu və Həsənova Qəribə İbrahim qızı “Əməkdar artist” fəxri adına layiq görülüblər.

Ötən gün Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Milli Musiqi günü münasibətilə təşkil olunan konsert proqramında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təltif olunanlara “Əməkdar artist” fəxri adının döş nişanlarını və vəsiqələrini təqdim edib. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın