Cümə axşamı , May 13 2021
Ana səhifə / Aktual / Vasif Talıbov iməclikdə iştirak edib – FOTO

Vasif Talıbov iməclikdə iştirak edib – FOTO

Naxçıvan Muxtar Respublikasında payız mövsümünün iməciliyi keçirilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, muxtar respublika Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba gölünün ətrafında keçirilən iməcilikdə iştirak ediblər. İməcilik iştirakçıları 2 hektar ərazidə 1500 müxtəlif meyvə və üzüm tingləri əkib, aqrotexniki qulluq göstərilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib.

Qeyd edək ki, muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir. Yaşıllaşdırma tədbirləri payız aylarında da davam etdirilir, yeni meyvə bağları salınır.

Həmçinin oxuyun

Bakı Gənclər Mərkəzi kollektivi “Ramazan sovqatı” aksiyası çərçivəsində qazi və şəhid ailələrini ziyarət edib

Bakı Gənclər Mərkəzi tərəfindən Müqəddəs Ramazan ayı boyunca “Ramazan sovqatı” adlı aksiya həyata keçirilərək “44 …