Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / Vasif Talıbov Dövlət Proqramını təsdiqlədi

Vasif Talıbov Dövlət Proqramını təsdiqlədi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi barədə fərman imzalayıb.

Azinforum.az -ın məlumatına görə, fərmanda deyilir ki, sosial-iqtisadi inkişaf sahəsində qəbul edilmiş dövlət proqramlarının uğurla icrası muxtar respublika iqtisadiyyatının daha da güclənməsini, makroiqtisadi göstəricilərin bütün parametrləri üzrə inkişaf dinami-kasının qorunub saxlanmasını təmin edib. İqtisadi inkişafın əsas göstəricisi sayılan ümumi daxili məhsulun həcmi birinci proqramın qəbul edildiyi 2004-cü illə müqayisədə 12 dəfə artaraq 2 milyard 773 milyon 20 min manatdan çox olub. Ümumi daxili məhsulda maddi istehsal sektorunun xüsusi çəkisinin 60 faizə yaxın olması isə sabit iqtisadi artımın daha bir göstəricisidir. 

Aparılmış təhlillər və formalaşmış əlverişli iqtisadi mühit muxtar respublikada mövcud olan bütün resurslardan səmərəli istifadənin təşkili, investisiya qoyuluşlarının artırılması, sosial infrastruktur təminatının gücləndirilməsi, yeni istehsal və xidmət sahələrinin, iş yerlərinin yaradılması, əhalinin məşğulluq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 4-cü Dövlət Proqramının qəbul olunması zərurətini yaradıb. 

Fıərmanla “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib. 

NMR-nın Nazirlər Kabinetinə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrası üçün zəruri tədbirlər görmək, İqtisadiyyat Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək və icrası barədə ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat vermək tapşırılıb. 

Həmçinin oxuyun

Bir videoda yüzlərlə erməninin öldüyünü gördüm – Rus ekspert

Paşinyanın elan etdiyi total səfərbərlik sadəcə öz əsgərlərini məhv etməkdir. O, ya qeyri-adekvatdır, ya da …