Ana səhifə / Aktual / Valideynlər direktora görə aksiyaya başladı – Video

Valideynlər direktora görə aksiyaya başladı – Video

200 və 43 saylı Məktəb Lisey Kompleksinin direktoru Qafar Hüseynovun işdən azad olunmasına etiraz edən həmin məktəbdə təhsil alan uşaqların valideynləri bu gün səhər saatlarından məktəbin qarşısında aksiyaya başlayıblar. 
“Qafqazinfo” xəbər verir ki, direktorun işdən çıxarılmasına etiraz olaraq valideynlər uşaqları məktəbə gətirməyiblər. Əraziyə polis əməkdaşları cəlb olunub. Valideynlər direktorun işə bərpa olunmağını tələb ediblər.
Övladı bu məktəbddə təhsil alan jurnalist Zamirə Dadaşova deyib ki, bütün valideynlər bu qərarla elm ocağının gələcəyindən narahatdır: “Qafar müəllim bu liseydə canını qoyub. Bu gün mənim iki oğlum liseydə oxuyur. Başqa bər bəzəkli məktəbdən çıxarıb Qafar müəllimə güvənib bu məktəbə gətirmişəm. Bu gün məktəb, müəllim heyəti, şagirdlər və valideynlər acınacaqlı durumdadır.
Mənim oğlumun biri ikinci sinifdə oxuyur və heç bir səbəb gətirmədən Bakı Şəhər Baş Təhsil İdarəsi onların sinfini ikinci növbəyə keçirdi. Hansı əsasla bunu edirlər bilinmir. Halbuki birinci növbədə sinifləri boş qalır. Uşaqlara və valideynlərə əziyyət verirlər.
Direktorun ayağı sınıb və büllütendə ola-ola onu işdən azad edirlər. Hazırda məktəbdə dərslər dayanıb. Nazirlik də deyir ki, bundan xəbərləri yoxdur. Nə etmək isteyirler anlamırıq”.
Hazırda valideynlərin aksiyası davam edir.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın