Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Vahid Əhmədov: “Biznesin yoxlamaları 2021-ci ilə qədər dayandırılacaq”

Vahid Əhmədov: “Biznesin yoxlamaları 2021-ci ilə qədər dayandırılacaq”

“Dövlət başçısı Milli Məclisə “Sahibkarlıq fəaliyyətinin yoxlamalarının 2021-ci ilə qədər dayandırılması haqqında” yeni qanun layihəsi yollayıb”. Bunu virtualaz.org-a deyən Milli Məclisin deputatı Vahid Əhmədov əlavə edib ki, qanun layihəsinə əsasən, sahibkarlıq fəaliyyətinin yoxlamaları noyabrın 1-dən başlayaraq 4 il müddətinə nəzərdə tutulub.

Onun sözlərinə görə, bu müddət rzindı yalnız vergi yoxlamaları və təhlükəsizlik baxımından və dövlətin iqtisadi maraqları, insanların həyat və sağlamlıqlarına təhlükə olduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparıla bilər.

Deputat bildirib ki, bu yoxlamalar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq. Bundan başqa, yeni qanun ərzaq məhsullarının və dərmanların keyfiyyətinin yoxlamalarını məhdudlaşdırmır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …