Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Aktual / Vahid Əhmədov Azərbaycanda gözlənilən yeniliklərdən DANIŞDI: “15 nümayəndəlik təyin ediləcək”

Vahid Əhmədov Azərbaycanda gözlənilən yeniliklərdən DANIŞDI: “15 nümayəndəlik təyin ediləcək”

“Prezident Qarabağda və Naxçıvanda nümayəndəliklər tətbiq etdi. Azərbaycanda da 14 iqtisadi rayon var, yəqin ki, 15-ci də Naxçıvan İqtisadi rayonu olacaq. Yəni orada Zəngəzur dəhlizi açılandan sonra yəqin ki, Naxçıvanın statusu məsələsinə baxılacaq. Sonra 15 iqtisadi rayona, yəqin ki, 15 nümayəndəlik təyin ediləcək. Onun öz aparatları olacaq və faktiki olaraq o bölgəyə rəhbərlik edəcəklər. Prezident Nümayəndəlikləri investisiya yatırımı, əhalinin vəziyyəti, sosial problemlər və digər məsələləri, ən əsası da prezidentin siyasi qərarlarını həyata keçirəcəklər”.

Bu barədə Redaktor.az-a Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirdi. Onun sözlərinə görə, Konstitusiyada dəyişikliklər edilməlidir.

“O cümlədən də, bələdiyyələrin statusuna əlavələr edilə bilər. Məsələn, müəyyən sosial layihələrin həyata keçirilməsi onlara tapşırıla bilər. Amma mən belə hesab edirəm ki, cənab prezident məhz bunu nəzərdə tutur ki, gələcəkdə idarəetmə forması dəyişsin. Bu addım artıq yavaş-yavaş atılır və bu nümayəndəliklər özünü doğruldur. Misal üçün Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov. Həmin nümayəndəliklər gələcəkdə də öz üzərlərinə düşən tapşırıqları yerinə yetirəcəklər. Ona görə də, nümayəndəlik olandan sonra icra hakimiyyətlərinin funksiyası bitmiş hesab edilə bilər”, – deyə deputat vurğuladı.

Xatırladaq ki, yanvar ayının 10-da Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində hazırda yeni idarəetmə modeli üzərində işlənildiyini bəyan edib.

“Əlbəttə, kadr potensialı çox önəmlidir. Amma eyni zamanda, azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış strukturlar yaradılıb”,- deyən ölkə lideri qeyd edib ki, bu təcrübə sonra tədricən ölkəmizin digər hissələrinə keçiriləcək.

Həmçinin oxuyun

Azərbaycanda fəaliyyət göstərən İran casus şəbəkəsinin üzvləri cəzalarını almalıdır – – Sahil Kərimli

Azərbaycanda fəaliyyət göstərən İran casus şəbəkəsinin bütün üzvləri son nəfərinə kimi müəyyən edilməli və xainlər …