Ana səhifə / Aktual / “Vəziyyət bu günün tələblərinə cavab vermir və…” – Mikayıl Cabbarovdan yeni mesajlar

“Vəziyyət bu günün tələblərinə cavab vermir və…” – Mikayıl Cabbarovdan yeni mesajlar

“Qarşımızda bir sıra milli prioritet müəyyən edilib və mən onları sadalamq istərdim. Birincisi dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, ikincisi dinamik inkluziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılması, üçüncüsü işğaldan azad olunmuş ərazilərdə böyük qayıdışa nail olmaq, dördüncüsü Azərbaycanın rəqabətli və insan kapitallı innovasiyalar məkanına çevrilməsi, beşincisi təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməkdir. Həmin proiritetlərin reallaşdırılması, ölkənin iqtisadi gücünün artırılması, davamlı və yüksək iqtisadi artımın, milli iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının təmin edilməsi, rəqabətli insan kapitalının, vətəndaş institutlarının mövcud olması Azərbaycanın təkcə regionun deyil, inkişafda olan ölkələrin daha yuxarı sıralarında olması kimi hədəflərə nail olunmasına xidmət edəcək”.

Bunu “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, tarixi qələbəmiz iqtisadi inkişaf planlarına yenidən baxmaq və bu inkişafı Qarabağda da tətbiq etmək imkanı yaradıb: “İlk növbədə dayanıqlı iqtisadi inkişafı hədəfləyirik. Çalışacağıq ki, post-pandemiya dövründə, qısa müddət ərzində sahibkarlıq subyektlərinin gəlirlərinin ilkin səviyəsi və istehlak fəallığı bərpa edilsin. Bu addımlar həmçinin yeni iş yerlərinin yaradılmasına təkan verməlidir. İkinci mühüm məqam biznesin və investisiyaların canlandırılmasına, qeyri-neft-qaz sektorunun sürətli artımına nail olmaqdır. Bu sahədə qeyri-neft məhsullarının daha da stimullaşdırılması özəl investisiya qoyuluşunun təşviq edilməsi əsas prioritetlərdən olacaq. 

Üçüncü biznes mühiti daha da yaxşılaşdırılmalı, xüsusilə orta sahibkarların imkanları daha da genişlənməlidir. Belə demək olarsa, əl-qolu tam açılmalıdır. Kiçik və orta biznesin ÜDM-in formalaşmasında dominant mövqeyinə nail olunması nəzərdə tutulur. KOB-ların dövlət satınalmalarında iştirakı təşviq edilməli, onlar dövlət sifarişlərinə daha çox cəlb edilməlidir. Haqsız rəqabətə yol açan hallara son qoyulmalıdır. Bunun üçün institutsional islahatlar və yeni qanunvericilik təşəbbüsləri həyata keçiriləcək.

Sahibkarların maliyyələşməyə çıxış imkanları genişləndirilməlidir. Biznesin təşviqi alətlərinə biz yenidən baxmağa hazırlaşırıq. Dövlətin yanaşması belədir ki, təşviq mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır və priroritet sahələr üzrə təşviqedici vergi siyasətinə üstünlük veriləcək.

Yeni özəlləşmə proqramının həyata keçirilməsi nəzərdə tutulub. Birbaşa xarici investisiyaların təşviqi mexanizmi təkmilləşdirilməli, eyni zamanda hesab edirik ki, dövlət investisiya proqramları dövlət-özəl tərəfdaşlığı çərçivəsində genişlənməlidir”./Report

Nazir bildirb ki, dövlət investisiyalı şirkətlərində vəziyyət bu günün tələblərinə uyğun deyil, cavab vermir və bir sıra hallarda idarəetmənin effektivliyi aşağıdır.

Onun sözlərinə görə, fəaliyyət sahələri, şirkətlərin xərcləri, tender prosedurları sahələrində şəffaflıq tam təmin edilməyib:

“Büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynamalı olduğu halda bir çox hallarda zərərlə çalışırlar. Artıq bu sahədə ciddi islahatlar həyata keçirilir. Dövlət şirkətlərinin effektivliyinin artırılması onların ciddi bazar dəyərinə nail olunmasına gətirib çıxarılmalıdır.

Dövlət şirkətlərinin borclanmalaırına nəzarətin gücləndirilməsi, dövlət büdcəsinə dividend ödənişlərinin artırılması qarşımızda hədəf kimi durur və 2020-ci ildə yaradılmış Azərbaycan İnvestisiya Holdinqi hazırda bu sahədə çalışır. Dövlət şirkətlərinin idarəetməyə verilməsi sahəsində əsaslı islahatlar hazırlanır”.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, SOCAR-ın, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …