Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Vəzir Həsənovun xaricdəki biznesinə daha kimlər şəriklik edir? – İDDİA

Vəzir Həsənovun xaricdəki biznesinə daha kimlər şəriklik edir? – İDDİA

Mətbuatda mütəmadi olaraq Dövlət Gömrük Komitəsində baş verən qanunsuzluqlar barədə çoxsaylı məqalələr dərc olunur.
Sumqayıt Gömrük İdarəsi də bu sarıdan istisna deyil və neqativ halların baş verməsi sarıdan ən çox adı hallanan dövlət idarələrindən biridir.
Bilməyənlr üçün xüsusi ilə qeyd etmək istəyirik ki, Sumqayıt Gömrük İdarəsinin rəisi general-mayor Vəzir Həsənovdur.
Sumqayıt Gömrük idarəsinə Tovuzdan yenicə olaraq vəzifəyə gələndən medianın daim diqqətində olub. Dəfələrlə bu idarədə baş verən rüşvət və korrupsiya halları ilə bağlı şikayət və müraciətlər sayt və qəzetlərin səhifəsindən düşməyib. Qeyd etmək istəyirik ki, media araşdırmalarımız zamanı əldə etdiyimiz materiallar hamısı mediada dərc edilib və təkzib edilməyib.
Vəzir Həsənovun hələ Tovuz Gömrük idarsinə rəhbərlik edərkən adı sahibkarlara qan uddurmaqla məşhurlaşmışdı. Çünki onun başçılığı altında Gürcüstandan mal gətirən sahibkarlara qan uddurulurdu.
https://legion.az/18223–beyler-eyyubovun-ad%C4%B1ndan-istifade-eden-vezir-hesenov-kimdir.html
Sumaqyıt Gömrük idarəsinə vəzifəyə təyin olandan qısa müddət sonra Hesablama Palatası bu idarədə keçirdiyi aauditin nticəsi heçdə ürək açan olmayıb. Lakin bu neqativ hallara görə Vəzir Həsənova gözün üstə qaşın var deyən olmadı.
http://azpolitika.info/?p=379749
Vəzir Həsənovun bəzi şirkətlərə manapoliya hüququ tanıyıb, onların əlləri ilə qazandığı milyonlıarın aqibəti bir çoxlarını maraqlandırır. O milyonlar haqqında bir qədər sonra söhbət açacağıq.
Sumaqyıt Gömrük idarəsində baş verən qanunsuzluqlar haqqında yazılan tənqidi yazılar və vətəndaşlar tərəfindən mediaya ünvanlanmış şikayətləri analiz edəndə bu idarənin nələrlə məşğul olduğu göz qabağında canlanır. Respublikaya gətirilən malların invoysları ilə edilən maxinasiyalar, (https://legion.az/18069–sumqay%C4%B1t-gomruk-%C4%B0daresi-sirdas-sirketine-cevrilib.html)
əlində olan vəzifə səlahiyyətlrindən istifadə edərək “Şurataz LTD” şirkətinin əli ilə aparılan maxinasiyalar (http://araz.az/index.php/zhuend-m/1580-sumgay-t-bas-zhoemruek-idar-sind-invoidze-sakhtakarl-zh-fotofakt) buna kiçik nümunədir.

Hə bax indi keçirik əsas məsələyə. Bəs talanan milyonlar necə oldu? Bu günlərdə ölkə mediasında və saytımızda Sumaqyıt Gömrük idarəsinin rəisi general Vəzir Həsənov və oğlunun Çexiya Respublikasında aşkar edilmiş böyük biznes şəbəkəsindən müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənliyə istinadən böyük bir yazı gedmişdi. Dərc etdiyimiz yazıda Sumaqyıt Gömrük idarəsinin rəisi general Vəzir Həsənov və oğlunun Çexiya Respublikasında dəyəri milyonlarla ölçülən biznes şəbəkəısi haqqında məlumat vermişdik.

(http://teref.az/manset/127175-sumqayit-gomruk-daresinin-reisi-general-vezir-hesenov-ve-oglunun-avropadaki-yteni-biznes-sebekesi-askarlandi-fotofakt.html)

Bizimlə əlaqə saxlayan və özünü Sumaqyıt Gömrük idarəsinin rəisi general Vəzir Həsənovun köməkçisi kimi təqdim edən Nail bəy bu faktların böhtan və sənədlərin saxta olduğunu dedi.
Teref.az olaraq məlumatın əsas məınbəyi olan müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənliyə özünü Sumaqyıt Gömrük idarəsinin rəisi general Vəzir Həsənovun köməkçisi kimi təqdim edən Nail bəyin iddiasını təqdim etdik. Teref.az-ın sualını və Cavanşir bəyin cavabını təqdim edirik:

– Bizə Sumqayıt gömrüyündən deyilib ki, bu faktlar yalan məlumatdır. Saxta sənədlərdir. Nə deyə bilərsən bu haqda?

– Mən nə deyə bilərəm. Sənədlər hər şeyi deyir, şirkətin saytında da müəyyən məlumatlar var.

Və bundan sonra Cavanşir bəy saytımızın poçtuna aşağıda təqdim etdiyimiz natorial qaydada təsdiq olunmuş böyük bir biznes şəbəkəsinin sənədlərini göndərdi və dedi: “Bunu da təkzib etsinlər…”

Əldə etdiyimiz məlumata görə sənədlərdə adları gedən Muraz və Həmid Həsənovlar Vəzir Həsənovun oğlanlarıdır və bu sənədlərdə onun bir çox qohumlarının adına rəsmiləşdirilib.
Azər Kərimov isə 1987-1994-cü illərdə Çexoslovakiyada oxuyub, hazırda Çexiya Universitetlərində dərs deyir, çex dilini mükəmməl bilir və bu etibarnamələr ona bütün bu mal mülkü bir müddət idarə etsin və çoxaltsın.
Qeyd etmək istyirik ki, araşdırmalarımız zamanı bizə məlum olub ki, bu biznes şəbəkəsində Vəzir Həsənov tək deyildir. Mənbəmizin verdiyi məlumata görə Sumaqyıt Gömrük idarəsinin rəisi general Vəzir Həsənov və oğlanlarından başqa bu qyməti on milyonlarla ölçülən biznes şəbəkəsinin DGK-nin şöbə müdür olan bir şərikidə var. Yaxın saylarımızda şərikin kimliyi barədə məlumat verəcəyik. Təbii ki, sənədlərlə birlikdə
Bizi izləməkdə davam edin!
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …