Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Vəzifəsiz qalan Elçin Əfəndiyev danışdı: “Yeni əsərlər yazacam”

Vəzifəsiz qalan Elçin Əfəndiyev danışdı: “Yeni əsərlər yazacam”

“Heç kəs üçün vəzifə əbədi deyil. Hər şeyin başlanğıcı olduğu kimi sonu da var. Bu baxımdan mənim hökumətdə yer almamağımla bağlı nə üzüntüm, nə də təəccübüm var”.
Azinforum.az xəbər verir ki, bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında baş nazirin sabiq müavini Elçin Əfəndiyev yeni hökumətdə yer almaması barədə danışarkən deyib. Saytımıza açıqlamasında Elçin Əfəndiyev bildirib ki, uzun illər çalışdığı vəzifədə dövlətə xidmət göstərib: “İnanıram ki, yeni gələnlər də Azərbaycanın uğurları üçün çalışacaq. Prezidentin rəhbərliyi ilə ölkəmizin inkişafı bundan sonra da davam edəcək. Mən yeni təyin olunan şəxslərə uğurlar arzu edirəm”.
Bundan sonra hansı işlə məşğul olacağına gəlincə, Elçin Əfəndiyev bunları deyib: “Bundan sonra yeni əsərlər yazacam. Buna vaxtım olacaq. Sizlər də oxuyarsınız”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …