Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Vətəndaş müharibəsindən sonra prezident seçilmiş ilk cənublu

Vətəndaş müharibəsindən sonra prezident seçilmiş ilk cənublu

Bu gün ABŞ-ın keçmiş prezidenti Cimmi Karter ən yaşlı keçmiş prezident olacaq.

Belə ki, 94 yaşlı Karter keçmiş prezident Corc Buşun əvvəlki rekordunu yeniləyəcək.

Karter Mərkəzinin yaydığı məlumata görə, Cimmi Karter və həyat yoldaşı sağlam həyatlarına xüsusi pəhrizlə davam edir.

Nobel Sülh Mükafatı və üç Qrammi mükafatının sahibi olan Cimmi Karter ən yaşlı ABŞ prezidenti adını da əldə edəcək.

Cimmi Karter vətəndaş müharibəsindən sonra prezidentliyə seçilmiş ilk cənublu oldu. O, həmçinin bir neçə roman çap etdirmiş yeganə yazıçı olan ABŞ prezidentidir.

Karter dəqiqədə 2000 söz oxumaqla da diqqəti üzərinə çəkə bilib. (Teleqraf.com)

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …