Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Vəsiyyətini edib əməliyyata girdi

Vəsiyyətini edib əməliyyata girdi

Azərbaycan vətəndaşı Mübariz Cəfərov şiddətli qaşınma səbəbiylə həkimə müraciət edən zaman həyatı üçün təhlükəli xəstəliklə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanda müayinələr zamanı onun öd kisəsində şiş olduğu üzə çıxıb. Həkimlər əməliyyatın riskli olduğunu və yaşamaq üçün şansın çox az olduğunu vurğulayıb.

M. Cəfərov isə bundan sonra bir dostunun köməyilə Antalyadakı Memorial Xəstəxanasına müraciət edib. Professor doktor Alixan Gürkan ilə görüşən Cəfərov yaşaması üçün riskli olacaq bir əməliyyata vəsiyyətini hazırladıqdan sonra razılıq verib.

Əməliyyat zamanı şiş hüceyrələri tamamilə vücuddan təmizlənib və xəstə sağlığına qovuşub. M. Cəfərov əməliyyata girmədən öncə yaşamaq  üçün ümidinin olmadığını vurğulayıb. Əməliyyatdan sonra isə “ölkəmə, ailəmin yanına sağlam qayıdacağam və buna görə də çox sevincliyəm”- deyə fikirlərini ifadə edib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …