Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Vəkillər Kollegiyası iki vəkilə irad tutub

Vəkillər Kollegiyası iki vəkilə irad tutub

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyadan “Report”a verilən məlumata görə, iclasda tədbir iştirakçılarına Rəyasət Heyətinin cari fəaliyyəti və vəkilliyə qəbul üzrə hazırda görülən işlərin vəziyyəti barədə məlumat verilib.

Daha sonra iclasın gündəliyinə əsasən, bir sıra vəkillərin müraciətlərinə baxılaraq fərdi vəkilliyə keçmə, məsləhətxana üzrə iş yerinin dəyişməsi, habelə fəaliyyətində fərqlənmiş vəkillərin mükafatlandırılması barədə müvafiq qərarlar qəbul olunub.

İclasda həmçinin Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun və Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin tələblərinin pozulması hallarına yol verdiklərinə görə 2 vəkilə intizam tənbeh tədbiri qismində irad tutulub.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …