Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / VƏKİL ELÇİN SADIXOVA PUL “ATAN” TANINMIŞ ŞƏXS KİMDİR? – 4313 AVRONUN “RAZBORKASI” BÖYÜYÜR

VƏKİL ELÇİN SADIXOVA PUL “ATAN” TANINMIŞ ŞƏXS KİMDİR? – 4313 AVRONUN “RAZBORKASI” BÖYÜYÜR

Azinforum.az xəbər verir ki, vəkil Elçin Sadıxov tanınmış bir şəxsin  ona fırıldaq gəlindiyini bildirir. Vəkilin sözlərindən belə başa düşülür ki, Avropa Məhkəməsində baxılan bir iş üçün o, həmin adama vəkillik edib. Çıxarılan məhkəmə qərarına əsasən,  Azərbaycan hakimiyyəti iddiaçıya 10 min, vəkil xidmətləri üçün isə 4400 Avro ödəməliymiş. Vəkil deyir ki, onun hüquqi xidmət göstərdiyi şəxs hər iki vəsaiti götürdükdən sonra, ona çatılası pulu verməyib. Maraqlıdır ki, vəkil həmin adamın adını çəkmək istəmir. Sanki ona bu vasitə ilə pulunun ödənilməsinin vacibliyinə dair mesaj göndərir.Azinforum.az   Elçin Sadıxovun fikirlərini olduğu kimi təqdim edir: 

 “Hələ adını açıqlamadğım bir nəfər ictimai “vicdanı təmiz” kimi tanınmış şəxs var. Onun işini Avropa Məhkəməsində udmuşam, işin aparılması üçün hüquq xidməti, poçt xidməti, tərcümə xidmətini özüm ödəmişəm və Avropa Məhkəməsi 10.000 (on min) AVRO ona 4400 (dördmin dörd yüz) AVRO mənə pul ayırıb.
Dəfələrlə ona pulu verməli olduğunu bildirəndə kompensasiyanın hələ ödənilmədiyini bildirirdi və qeyd edirdi ki, əsas məsələnin mənəvi tərəfi onu maraqlandırır.
Daha sonra bu adam mənə 13 iyun 2016-cı il tarixdə etibarnamə verdi və 03 sentaybr 2015-ci il tarixdən hesabdan çıxarış gətirdi ki, guya ona pul köçürülməyib. Hətta KİV-də dəfələlərlə bəyanatlar verdi ki, guya Hökümət onun pulunu verməyib.
Etibarnaməni aldıqdan sonra rəsmi sənədləri əldə edərək müəyyən etdim ki, həmin pul düz bir il əvvəl 2015-ci ilin iyul ayının 15-də onun hesabına köçürülüb. 22 iyul 2015-ci il tarixdə 10.000 AVRO, 23 iyul 2015-ci il tarixdə isə mənə çatası 4313 (dörd min üç yüz on üç) AVRO pulu şəxsən hesabdan çıxarıb və bunu məndən oğurlamaq məqsədilə gizlədib.
Mən onu başa düşə bilmirəm ki, komandir olmaq istəyən adam necə ola bilər ki, onun üçün döyüşən əsgərin (vəkilin) əmək haqqını oğurlasın. Dəfələrlə ondan pulumu tələb etsəm də, özünü məndən küsmüş kimi aparır və zənglərimə cavab vermir.
Hələ ki, aramızda olan haqqı-salama görə onun adını açıqlamıram. Bu problemlə bağlı bir neçə tanınmış şəxsə müraciət etmişəm. Mən bilmirəm ədalətsizliklə mübarizə aparım yoxsa belə tamahkirlərlə. Hələlik istəmirəm bu dələduzluq faktını hüquq mühafizə orqanları və məhkəmələr vasitəsilə həll edim.
Xahiş edirəm ona deyin mənim pulumu versin”.

Azinforum.az olaraq apardığımız araşdırmadan sonra müəyyən etdik ki, Elçin Sadıxovun işarə etdiyi şəxs tanınmış  hərbi ekspert Üzeyir Cəfərovdur. Ancaq cəmiyyətdə dürüst insan kimi xarakterizə olunan ekspertin belə əməl sahibi olması inandırıcı görünmür.Hələlik Üzeyir Cəfərovla əlaqə saxlaya bilməmişik. Yaxın vaxtlarda hörmətli ekspertin məsələyə münasibətini təqdim edəcəyik.

Azinforum.az olaraq bildiririk ki,  Ü.Cəfərov belə bir problemin olduğunu qafqazinfo.az-a təsdiqləyib, lakin özünün heç bir təqsiri və borcu olmadığını deyib: “Elçin Sadıqov hələ ki mənim adımı çəkməyib. Mənim işim üzrə onu deyim ki, nə problemləri varsa, gedib Media Hüququ İnstitutunda özləri araşdırsınlar. Nə qədər deyiblərsə, hamısı İnstituta ödənilib, aldıqlarını alıblar. Mənim Avropa Məhkəməsinə gedən işimdə Media Hüququ İnstitutu tərəfdaş olub, Elçin Sadıqovun bu işə heç bir aidiyyatı olmayıb. Avropa Məhkəməsinin qərarında da Elçin Sadıqovun adı yazılmayıb. Qərarı oxuyun, orda yazılıb ki, Elçin Sadıqova 4400 avro verilsin? Mənim işlərimi Xalid Ağaliyev görüb və işi Avropa Məhkəməsinə o göndərib. Elçin Sadıqov heç mənim Azərbaycandakı daxili məhkəmələrimdə də vəkilim olmayıb. Ali Məhkəmədə isə Rəşid Hacılı mənim vəkilim kimi çıxdı, sonra da aradan çıxdı. Dedilər, Rəşid Azərbaycandan gedib. Mən də Xalidə dedim ki, bəs pul ödəmişəm, mənim işim necə olacaq? Elçin Sadıqovun özünün mənə qaytaracağı vəsait var. Bu həm rəsmi sənədlərlə, həm də görüntülərlə öz təsdiqini tapır. Vəkil olan adamın hüquqları pozulursa, məhkəməyə müraciət etsin. Bunlar İnstitutda öz aralarında nəyisə bölə bilməyiblər. Elçin Sadıqov mənə mesaj yazıb ki, “mənim pulumu qaytar”. Qardaş, sən hüquqşünas adamsan, pul veribsən ki, istəyirsən? Mən bir dəfə Elçinin etibarını doğrultmamışdımsa, necə olur 2-ci dəfə ona etibarnamə vermişəm? Mən bilmirəm bu “hoqqa”nı hardan çıxartdılar, amma hələ ki, izləyirəm. Adım çəkiləcəyi təqdirdə, hüquqi yolla addım atılacaq”.

ÇİNARƏ SEYİDOVA

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın